Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyxülislam Şimali Qafqazda

Səfər çərçivəsində Bütün Qafqazın şeyxi bir sıra görüşlər keçirib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 18-də Şimali Qafqaza qısamüddətli səfər edib.

QMİ-nin mətbuat xidmətindən bazar ertəsi Simsar.az-a verilən məlumata görə, əvvəlcə Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasına gələn QMİ sədrini Vladiqafqaz şəhərinin hava limanında Şimali Osetiya-Alaniya Respublikasının hökumət başçısının müavini Yermak Dzansolov, Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Hacımurat Qatsalov və Ümumrusiya Azərbaycanlıları Konqresinin Vladiqafqaz regional bölməsinin sədri Şahin Məmmədov qarşılayıb.

Qafqazın dini lideri Paşazadə Vladiqafqazda keçirdiyi səmimi görüşlərdə Şimali Osetiya-Alaniya Respublikasında yaşayan soydaşlarımızın dini-mənəvi ehtiyaclarının ödənilməsi istiqamətində konkret tədbirləri müzakirə edib.

Martın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, həmçinin Rusiya Federasiyasının İnquşetiya Respublikasında səfərdə olub. Burada QMİ sədri İnquşetiya müsəlmanları və din xadimləri ilə səmimi keçirib.

Paşazadənin İnquşetiyadakı soydaşlarımızla görüşü zamanı da onların dini-mənəvi ehtiyaclarının ödənilməsi istiqamətində konkret tədbirlər müzakirə edilib, yaşadıqları cəmiyyətin həyatına daha uğurlu inteqrasiyası ətrafında fikir mübadiləsi aparılıb.

Şeyxülislam Allahşükür Paşazadə səfər müddəti ərzində İnquşetiyanın keçmiş dövlət rəhbəri Ruslan Auşevlə görüşərək, ona atasının dünyasını dəyişməsi ilə baglı başsağlığı verib.






19 Mart, 2012  21:13 Baxılıb: 885 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner