Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nəqliyyat vasitələri ilə bağlı notariat qaydaları dəyişildi

Ədliyyə Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na məlumat daxil edilməlidir

Azərbaycan hökuməti nəqliyyat vasitələri ilə bağlı notariat hərəkətlərinin aparılması qaydalarına dəyişikliklər edib. Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə qərar qəbul olunub.

Dəyişikliyə görə, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na daxil etməlidir.

Ədliyyə Nazirliyi "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə üç gün müddətində Daxili İşlər Nazirliyinə göndərir. Qərar imzalandığı gündən qüvvəyə minir.






19 Mart, 2012  18:00 Baxılıb: 1028 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner