Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Naxçıvan dəmir yollarının bazası möhkəmləndirilir

Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının idarəedilməsi Mərkəzinin və radio-rabitə sexinin binası istifadəyə verilib.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının idarəedilməsi Mərkəzinin və radio-rabitə sexinin binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni obyektlərin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib ki, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə dəmir yolunun inkişafına xüsusi diqqət yetirir”. “20 ildir blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının ölkəmizlə dəmir yolu əlaqəsi kəsilmişdir. Buna baxmayaraq, muxtar respublikada dəmir yolu infrastrukturu qorunub saxlanılmış və inkişaf etdirilmişdir”, - sözləri ilə çıxışını davam etdirən Ali Məclisin Sədri Naxçıvanda dəmir yolu sisteminin müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərin ardıcıl şəkildə davam etdirildiyini bildirib. O deyib ki, dəmir yolu sistemində yüksək texniki təminat yaratmaq, hərəkətin təhlükəsizliyini təmin etmək və bu sahə üzrə ixtisaslı kadrlar hazırlamaq qarşıda duran mühüm vəzifələrdən biridir: “Qarşıdakı illərdə Naxçıvan-Qars dəmir yolunun inşası da nəzərdə tutulub. Artıq bu istiqamətdə razılaşmalar əldə olunub”.

Açılış tədbirində çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev son illər ölkə və muxtar respublikada dəmir yolu infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına yüksək şərait yaradıldığını vurğulayıblar...

Qeyd edək ki, muxtar respublikada hər gün Ordubad-Şərur və Vəlidağ-Culfa istiqamətində yük və sərnişin qatarları hərəkət edir.






17 Mart, 2012  20:10 Baxılıb: 1530 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner