Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün Hüseyn Ərəblinskinin doğum günüdür

Qadın rollarının ilk ifaçısı sənətinin qurbanı olub 

Bu gün "Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır”-deyən, Azərbaycanın ilk professional aktyoru və rejissoru olan Hüseyn Ərəblinskinin doğum günüdür. O, 1881-ci ildə Bakı şəhərində anadan olu. Bir neçə il mollaxana oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə, təhsilini yarımçıq dayandirmalı olub. Sonra "Üçüncü Rus-Tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənib.
"Müsibəti-Fəxrəddin" tamaşasında Fəxrəddin rolu H. Ərəblinskinin ilk uğurlu rolu olub. O, "Nicat" teatr cəmiyyətinə baş rejissor kimi işləyib. Aktyor teatr mühitində bir sıra dəyişikliklər edir. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir və aktyorlara məvacib müəyyənləşdirir. Repertuardan mövhumatı təbliğ edən əsərləri çıxarır.
O zaman təqib olunan teatr truppalarının əsas problemlərindən biri də səhnə idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehirli üzük" adlandırdığı bu üzük illərlə girov qalırdı.
Onun Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də dünya klassiklərinin, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk dəfə olaraq, Azərbaycan səhnəsinə gətirməsidir. H.Ərəblinski Otello rolunun üzərində üç il çalışıb. Aktyorun bu rolun əvəzsiz ifaçı olması barədə bir sıra mənbələrdə məlumat verilib. Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"ında Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd bəy Şamxal, Qoqolun "Müəffətiş"ində Xlestakov, Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərində Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans rollarının uğurlu ifaçısı olub.
Onun yaradıcıllığını nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də, bəzi qohumları sənəti ilə barışmaq istəmirdilər. Xüsusən də, qadın rolunu oynamaq üçün bığını qırxdırandan sonra Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Aktyor 1919-cu ildə dayısı oğlu Əbdülxalıq tərəfindən qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq bir mübahisə üstündə bu addımı atıb.
Xatirə






17 Mart, 2012  17:56 Baxılıb: 1018 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner