Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ədəbiyyatşünas alim son mənzilə yola salındı

Vida mərasimində mərhumun yaxınları, dövlət adamları, millət nümayəndəlri iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyevlə vida mərasimi keçirilib.

Simsar.az-ın məlumatına görə, vida mərasimində mərhumun yaxınları, çalışdığı kollektivin üzvləri, elm ictimaiyyətinin nümayəndələri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Vida mərasimində çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov Bəkir Nəbiyevin həyat yolundan danışıb. Azərbaycan ədəbiyyat elminə böyük itki üz verdiyini deyən M. Kərimov bildirib ki, B. Nəbiyev 2 dəfə dövlət mükafatı laureatı, 6 cildli Sovet Ədəbiyyatı Tarixinin, 2 cildli Azərbaycan Ədəbiyyatı Tarixinin müəllifi və redaktoru, 30 cildli Türk Dünyası Ensiklopediyasının Azərbaycan üzrə əlaqələndiricisi olub: “İnanıram ki davamçıları, onun yetişdirdiyi elm xadimləri Bəkir Nəbiyevin məktəbini davam etdirəcəklər”.

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və digər şəxslər də akademik B. Nəbiyev barədə fikirlərini bölüşüblər.

Mərhum ikinci Fəxri Xiyabanda dəfn olunub.






16 Mart, 2012  21:06 Baxılıb: 794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner