Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Erməniəsilli Azərbaycan vətəndaşları da əmanətlərini ala biləcək

Bu qərar Azərbaycan vətəndaşları olmayanlara şamil edilmir

“Azərbaycanda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları da keçmiş SSRİ əmanət bankında qalmış vəsaitlərini ala biləcəklər”. Simsar.az bildirir ki, bu barədə maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, prezident İlham Əliyevin əmanətlərlə bağlı qərarı yalnız son 20 ildə Azərbaycanda yaşamış və bu ölkənin vətəndaşı olan şəxslərə şamil ediləcək. 

“Azərbaycan respublikasının vətəndaşı olamayan şəxslərə bu qərar şamil olunmayacaq”-deyə S. Şərifov vurğulayıb.

Azərbaycan vətəndaşlarının batmış əmanətlərinin qaytarılması üçün fərdi birdəfəlik ödəmələrin verilməsinə 1 milyard manat həcmində vəsait yönəldiləcək. Bunu isə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Prezident İlham Əliyev martın 14-də batmış əmanətlərin Azərbaycan vətəndaşları olan əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan fərman imzalayıb. Pulların verilməsi prosesi 2012-ci ilin iyunundan başlayacaq və 2013-cü il dekabrın 31-də başa çatacaq.






16 Mart, 2012  19:18 Baxılıb: 894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner