Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ruslan Bəşirli: "Kim deyir ki, əfv ərizəsi yazmadan azad olunub, yalandır"

“Məhkumun əfv ərizəsi yazmadan azadlığa çıxması mümkün deyil"

“Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli həbsxanadan buraxılıb. “Azadlıq” radiosuna danışan Ruslan Bəşirli əfv olunmaq üçün prezident İlham Əliyevə müraciət etdiyini təsdiqləyib: “Mümkün deyil ki, əfv ərizəsi yazılmadan məhkum azadlığa çıxsın. Bu, bir proseduradır. Bunun başqa bir yolu yoxdur. Kim deyir ki, əfv ərizəsi yazmadan əfv olunub, yalandır. Bu qeyri-mümkündür”.

Ruslan Bəşirli 2005-ci ilin avqustunda Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunmuş, 7 il iş almışdı. Prezident İlham Əliyevin martın 15-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dövlət başçısının sərəncamı ilə 2 aprel məhbusu Elnur İsrəfilov da azadlığa çıxıb. O, 2011-ci ilin avqustunda 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Hüquq müdafiəçisi Səidə Qocamanlı “Azadlıq” radiosuna deyib ki, onların Əfv Məsələləri Komissiyasına göndərdikləri siyahıdan yalnız 2 nəfər azadlığa buraxılıb: “Gözləyirdik ki, bütün “2 aprelçilər” və ümumiyyətlə siyasi məhbuslar azad olunacaq. Bu olmadı. Amma 62 nəfərin də əfv olunması az iş deyil. Ruslan Bəşirlinin buraxılmasına çox sevindim. Biz neçə illər idi ki, onun azadlığa buraxılmasına çalışırdıq. Nəhayət ki, öz ailəsinə, öz nişanlısına qovuşacaq. Gərək yenə də gərgin çalışaq ki, “Avroviziya” mahnı yarışmasına qədər qalan siyasi məhbuslar da buraxılsın. Yoxsa həmin dövrdə Azərbaycana gələcək 2000-ə yaxın jurnalist bu məsələlərdən yazacaq”.






16 Mart, 2012  16:06 Baxılıb: 1208 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner