Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

28 təhsil müəssisəsinə lisenziya verilib

Ötən il lisenziya almaq üçün Təhsil Nazirliyinə 60 müraciət daxil olub

Təhsil Nazirliyindən verilən məlumata görə, onlardan 18-i özəl məktəbəqədər təhsil, 2-si ümumtəhsil müəssisəsinə lisenziya verilməsi, 8-i özəl ali, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinə verilmiş lisenziyanın müddətinin artırılması ilə bağlı olub. Digər ərizə və məktublar məktəbəqədər təhsil müəssisələrinə, mühafizə xidməti və hazırlıq kurslarına lisenziya verilməsi barədə olub.

Həmin məktublarda qaldırılmış məsələlər araşdırılıb və müəssisələrə müvafiq cavab məktubları göndərilib. Lisenziya komissiyası onlardan 28 təhsil müəssisəsinə lisenziya verməyi qərara alıb.

Ötən il lisenziyasız fəaliyyət göstərdiyi üçün Səbail rayonundakı "Cücələrim", Yasamal rayonundakı "Mələklər" uşaq bağçaları, Nərimanov rayonundakı "Gənclik" Peşə-İxtisas Hazırlığı Mərkəzi barədə hüquq-mühafizə orqanlarına məktub göndərilib.

Ötən il nazirliyin akkreditasiya şöbəsinə müxtəlif məsələlər üzrə 284 ərizə və müraciət daxil olub. Həmin müraciətlər araşdırılıb və onların nəticəsi barədə ərizəçilərə vaxtında cavab verilib. Müraciətlərin 60-ı yeni açılmış müəssisələrin fəaliyyətinə lisenziya verilməsi, yaxud lisenziya müddətinin uzadılması, 32-si təhsil müəsssisələrinin akkreditasiyası barədə, 192-si sorğu və məlumat xarakterli, qalan məktublar isə İsveçrə Beynəlxalq Humanitar Təşkilatı, "World Vistan" təşkilatı ilə əməkdaşlıq və bəzi televiziya kanallarında yayımlanan reklamlar barədə olub.






16 Mart, 2012  01:47 Baxılıb: 826 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner