Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vaşinqtonda Azərbaycanla bağlı təqdimat keçirilib

Tədbiri Türk-Amerika Alyansı reallaşdırıb

Vaşinqtonda Türk-Amerika Alyansı Azərbaycana dair təqdimat keçirib.Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-Azərbaycan münasibətlərindən danışıb və rəsmi Vaşinqtonun münasibətlərə uzunmüddətli və strateji prizmadan yanaşmasının önəmini vurğulayıb.

 Azərbaycanın ABŞ-dakı Səfirliyindən Simsar.az-a verilən məlumata görə, Azərbaycanın keçdiyi müstəqillik yolundan bəhs edən E.Süleymanov Azərbaycanın ötən il BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin 20 illik müstəqillik dövrü ərzində Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun və ölkəmizə olan etimadın göstəricisi olduğunu bildirib.

Ölkəmizin bölgədəki rolundan və iqtisadi inkişafından söz açan səfir ARDNŞ-in Gürcüstanda ən iri vergi ödəyicisi olduğunu və Türkiyəyə edəcəyi yatırımın bu ölkənin özəl sektoru tarixində ən böyük yatırım olacağını qeyd edib. Bu gün Cənubi Qafqazın iqtisadiyyatında Azərbaycanın payının 85 faiz olduğunu bildirən E.Süleymanov regiondakı tərəfdaş ölkələrin iqtisadi cəhətdən inkişafının Azərbaycan üçün mühüm olduğunu və bu strategiyanın təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

Regionda Azərbaycan-Gürcüstan əməkdaşlığından danışan səfir, bu əməkdaşlıq nəticəsində Gürcüstan iqtisadiyyatının inkişaf etdiyini və bunda Azərbaycanın əhəmiyyətli rolu olduğunu xüsusilə qeyd edib. Ermənistanın regiondakı bu iqtisadi inkişafdan kənarda qalmasının rəsmi İrəvanın münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqenin nəticəsi olduğunu bildirən E.Süleymanov Ermənistan hakimiyyətinin danışıqlar prosesində irəliləyişin əldə edilməsi üçün imkan yaradılmasına daima maneə törətdiyini, erməni xalqının gələcəyini düşünmədiyini və yürütdüyü bu siyasətin ən çox erməni xalqına ziyan vurduğunu, Ermənistanın inkişafı üçün isə acı nəticələrə səbəb olduğunu söyləyib.

Diplomat Azərbaycan cəmiyyətinin əsas sütunlarının tolerantlıq və açıq dəyərlər olduğunu, Azərbaycan dövlətçiliyinin etnik və dini faktorlar üzərində deyil, vətəndaş kimliyi üzərində qurulduğunu, Azərbaycanın 1918-ci ildən bəri demokratik siyasi düşüncələr ənənəsinin təmsilçisi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.






15 Mart, 2012  16:48 Baxılıb: 758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner