Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanlı nazir "Sarı gəlin"dən danışıb

Əbülfəz Qarayev Sezen Aksunun milli mahnımızı erməni dilində oxumasına münasibət bildirib

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda türkiyəli müğənni Sezen Aksunun Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa etməsinə münasibət bildirib.

"Bizim alimlərimiz və musiqişünaslarımzın "Sarı gəlin" mahnısı haqqında ətraflı məlumatını Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə şəxsən təqdim etmişəm və mətbuat konfransı keçirərkən demişəm. Biz öz sərvətlərimizi qorumalıyıq", - Qarayev jurnalistlərə bildirib, Trend xəbər verir.

Nazir qeyd edib ki, hər hansı bir ölkədə belə fakt varsa, bunun qarşısı alınmalıdır.

"Əfsuslar olsun ki, bəzən bu məsələyə dərindən yanaşmayan, bu məsələni dərindən düşünməyən insanlar hələ də mövcuddur. Çox yaxşı ki, bizim geniş ictimaiyyətimiz bu məsələyə qəti etirazını bildirdi və düşünürəm ki, tanınmış müğənni gələcək yaradıcılığında nöqsanını aradan qaldırmaq üçün lazımi işlər görəcək", - Qarayev deyib.






15 Mart, 2012  16:35 Baxılıb: 747 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner