Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ATƏT: “BU HADİSƏ DƏRİN NARAHATLIQ DOĞURUR”

"Artıq ona və onun şəxsi həyatına qarşı çox çirkin hadisə baş verib"

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı şantaj kampaniyasını pisləyib.

“Azadlıq” radiosuna verdiyi açıqlamada Miyatoviç deyib ki, Azərbaycan hakimiyyəti dərhal məsələni araşdırmalıdır: “Bu məsələ söz azadlığı və araşdırmaçı jurnalistika ilə bağlıdır. Xədicəni şəxsən tanıyaraq və onun necə qorxmaz jurnalist fəaliyyəti göstərdiyini bilərək bu hadisənin qadına qarşı, özü də hakimiyyətin, yaxud başqalarının törətdiyinə fərq qoymadan qanunsuzluqları açıb göstərən araşdırmaçı jurnalistə qarşı edilməsi dərin narahatlıq doğurur. Ümid edirəm ki, hakimiyyət orqanları Xədicəni hər cür problemlərdən qorumaq üçün əllərindən gələni edəcək.

Mən bu məsələni nəzarətdə saxlayıram və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə əlaqə qururam ki, araşdırma Xədicənin şəxsi həyatının qorunması istiqamətində sürətlə irəliləsin. Baxmayaraq ki, artıq ona və onun şəxsi həyatına qarşı çox çirkin hadisə baş verib.

Bir məsələ də var ki, kimsə internet saytında hakimiyyətə qarşı nəsə yazırsa, dərhal onun dəmir barmaqlıqlar arxasına salınması, yaxud qorxudulması, təqib edilməsi yönündə addımlar atırlar. Amma Xədicənin işi kimi məsələlərdə çox ləngdirlər. Hakimiyyət belə işlərin arxasında dayanmırsa, onda bunu dərhal araşdırmalı və bu kimi yolverilməz kampaniyalar dayandırılmalıdır.

Ümid edirəm ki, bu iş tezliklə yekunlaşdırılacaq və Xədicəni öz şəxsi həyatı ilə baş-başa buraxacaqlar. Bu, cəmiyyətdəki tənqidçi səslərin susdurulması üçün əsas olmamalıdır, tənqiqdlərə meydan olmalıdır. Həmin tənqidlər xoşumuza gəlsə də, gəlməsə də”.






15 Mart, 2012  14:36 Baxılıb: 809 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner