Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aylıq əmək haqqı yüksək olan sahələr

Muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 368,4 manat olub

Bu ilin yanvar ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1361,7 min nəfər olub.Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, işçilərin 844,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 517,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Eyni zamanda iqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 325,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 milyon 321,9 min nəfər təşkil edib. Muzdlu əsaslarla çalışan işçilərin 21,4 faizi məhsul istehsalı və 78,6 faizi xidmət sahələrində cəmlənib.

Muzdla işləyənlərin 24,6 faizi təhsildə, 19,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,0 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,7 faizi iqtisadiyyatın digər sahələrindədirlər.
Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 368,4 manat olub və keçən ilin yanvar ayına nisbətən 8,5 faiz artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olub.






15 Mart, 2012  03:39 Baxılıb: 915 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner