Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

HUMANİZM

Zalıma göstərilən mərhəmət, məzluma qarşı edilmiş ən böyük mərhəmətsizlikdir

Sevgi, dövrümüzdə ən çox işlənən mövzulardan biridir. Əslində, sevgi bizim inanc və könül dünyamızın solmaz çiçəyidir. Hər şeydən əvvəl Cənabi-Haqq kainatı məhəbbət telləri ilə incə bir naxış kimi hörüb. Və varlığın sinəsində hər zaman ən ovsunlayıcı bir əda ilə səsləndirilən musıqi, sevgidir. Ailə, cəmiyyət və milləti təşkil edən fərdlər arasında ən güclü münasibət sevgi münasibətidir. Sevgi, ana-atadan övlada şəfqət şəklində, övladdan ana-ataya isə hörmət şəklində təcəlla edir. Cahanşümul sevgi isə bütün varlıqdan, varlığın hər parçasına qarşı yardımlaşma və həmrəylik şəklində özünü büruzə verir. Varlığın ruhuna tamamilə sevgi hakimdir. Hər varlıq sevgi zümzüməsi içində, kainat miqyasındakı o geniş xorun bir fərdi olaraq Allahdan aldığı o füsunkar nəğməni öz üslubu ilə yenidən ifa və icra edir. Ancaq varlıqdan insanlara, varlığın cüzi fərdlərindən digər cüzi fərdlərinə olan bu sevgi mübadiləsi qeyri-iradi olaraq cərəyan edir. Çünki iradəsi olmayan varlıqlarda tamamilə İlahi iradə hakimdir. Bu baxımdan insanlar varlıqdakı bu sevgi simfoniyasında iradələri ilə iştirak edərək, mahiyyətlərində olan sevgini inkişaf etdirib onu insan kimi icra edə bilmənin yollarını axtarırlar. Başqa sözlə, sevginin sui-istifadə edilməsinə fürsət vermədən, öz təbiətlərinə uyğun həm gerçək bir yardımlaşma və həmrəylik ortaya qoymalı, həm də insani, və ya fitri hüquq baxımından varlığın ruhunda dərc olunan təbii ahəngi qorumalıdırlar.
Humanizm, bu dövrdə hər yerdə müzakirə edilən və istənilən şərhə münasib məsələdir. Xüsusilə də bəzi təbəqələr İslamdakı cihad mövzusunu yanlış izah etməklə mühakiməsi qeyri-kafi olan insanların başını qarışdıraraq, onların qəlblərində İslama qarşı şübhə oyandırmağa və zehinlərə mücərrəd, nizamsız bir humanizm anlayışı təlqin etməyə çalışırlar. Bəli, bir tərəfdən düşmənçilik edən, ölkənin birliyinə müdaxilə edən, hətta vətəni bölmək istəyən, əsrlərdir var olan bu ölkə və bu ölkə insanının varlığına və gələcəyinə qarşı cəbhə qurub təxribat törətməyə çalışan insanlara mərhəmət edilməli deyən, digər tərəfdən bəzi ruhanilər və keşişlər də başda olmaqla, insanların göz yaşlarına baxmadan o günahsızları öldürənlərə və vəhşiliyin ən dəhşətlisini törədənlərə seyrçi qalanların bu qəribə rəftarlarını humanizmlə izah etmək çox çətindir.
Mömin, daşıdığı məsuliyyət etibarilə, məsələləri şişirdərək, təhrif edərək, olduğundan fərqli göstərmə kimi bir aldatmacaya bilərək girməz. Bu baxımdan sırati- müstəqim (düz yol, İslam) və Quran yolunun təmsilçisi olan Allah-Rəsulu (s.ə.s.) və onun təmsil etdiyi həqiqəti camaat halında ən mükəmməl şəkildə təmsil edən Əshabi-kiram sevgidə də orta yol və tarazlığın nümayəndəsi olub.
İslamın ruhundakı sevgi ilə gözü açılmış Tabiun və Təbeyi-təbiun dövründə fərqinə varmadan tapdaladıqları bir çəyirtkəyə görə, dərhal xəlifədən bunun cəzasının nə olduğunu soruşan mələk xasiyyətli insanlar yetişmişdir. Məscidlərimizin nur saçan çöhrələrinə baxdığımız zaman üzərində quşlar üçün qurulmuş yuvaları görürük. Bu, əcdadımızın sevgidəki dərinliyinin bir ifadəsidir. Bizim içimizdə insanlarla yanaşı, heyvanları qorumaq naminə elə ibrətamiz səhnələr var ki, başqa bir yerdə bunları göstərmək mümkün deyil.
İslamın ümumbəşəri prinsipləri çərçivəsində sevgi mülahizə və düşüncəsi çox tarazlıdır. Çünki zalıma göstərilən sevgi və mərhəmət onu daha çox təcavüzkar etdiyi kimi, başqalarına qarşı da təcavüzə təşviq edər. Bu səbəblə, ümumbəşəri sevgini təhlükəyə salan bu cür insanlara qarşı mərhəmət edilməz. Çünki zalıma göstərilən mərhəmət, məzluma qarşı edilmiş ən böyük mərhəmətsizlikdir, zülmdür.

Simsar.az






14 Mart, 2012  23:36 Baxılıb: 1761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner