Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

289 xəstəyə böyrək köçürülüb

Böyrək köçürmələri Mərkəzi Neftçilər xəstəxanasında aparılır

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Tədbirdə çıxış edən Respublika Kliniki Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib ki, hazırda Azərbaycanda 25 hemodializ mərkəzi fəaliyyət göstərir, 4 rayonda da belə mərkəzlər yaradılacaq. F. Babayevin sözlərinə görə, 2003-cü ildə Azərbaycanda dövlət hesabına 237 xəstə hemodializlə təmin olunurdusa, hazırda bu göstərici 1811 nəfərdir: “Xəstələr arasında aparılan təbliğatlar nəticəsində belə xəstələrin aşkarlanması asanlaşıb. Hər il ölkədə böyrək xəstələrinin artım faizi 22-23 faiz təşkil edir”.

F. Babayev deyib ki, hazırda Respublika Kliniki Uroloji Xəstəxanasında və Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürmələri əməliyyatları aparılır: “Artıq ikinci ildir ki, ölkədə bu əməliyyatlar aparılır. İndiyədək Azərbaycanda 289 xəstəyə böyrək köçürülüb. Bunun 9-u ötən il baş tutub”. Şöbə müdiri onu da bildirib ki, Azərbaycanda 15 yaşınadək 14 nəfər uşaq xroniki böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seansları qəbul edir: “Səhiyyə Nazirinin göstərişi ilə 15 yaşadək uşaqlar xəstəlik aşkarlandığı andan növbədənkənar, pulsuz hemodializlə təmin olunurlar”. Şöbə müdiri böyrək çatışmazlığı xəstəliyinin səbəblərini də açıqlayıb və deyib ki, bu xəstəlik daha çox xroniki böyrək xəstəlikləri, böyrəklərin iltihabi xəstəlikləri və şəkərli diabet və hipertoniya xəstəlikləri nəticəsində baş verən fəsad kimi qeyd olunur.






14 Mart, 2012  22:57 Baxılıb: 892 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner