Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ruslan Bəşirli prezidentə müraciət etdi

"Yeni Fikir" gənclər hərəkatının sədri İlham Əliyevə ünvanladığı məktubda əfv olunmasını istəyib

"Artıq cəzamın 6 il 7 ayını çəkmişəm və etdiyim cinayətin məsuliyyətini bu illər ərzində anlayaraq, səhvimi başa düşmüşəm. Həmin dövrdə olduqca gənc və çılğın olduğum üçün sizi və bizi istəməyən qüvvələrin təsirinə düşmüşəm. Artıq bu illər ərzində keçmişi analiz edərək səhvlərimi dərk etmişəm. Təbii ki, bunda son illər rəhbərliyiniz altında aparılan müsbət yönlü fəaliyyətin də böyük rolu olmuşdur. Aparılan daxili və xarici siyasətdəki uğurunuz göz önündədir. Bunu kimsə dana bilməz". Bu sözlər "Yeni Fikir" gənclər hərəkatının sədri Ruslan Bəşirlinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

R.Bəşirli 2005-ci il avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci maddəsi ("hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama") ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ruslan Bəşirli məktubunda daha sonra yazır: "Cənab Prezident! Mən də tamamilə islah olunmuş bir Azərbaycan gənci olaraq apardığınız müsbət tendensiyalı fəaliyyətinizə öz dəstəyimi ifadə edirəm. Bu dəstəyimi azadlıqda da davam etdirmək fikrindəyəm. Mənə etimad göstərib azadlığa çıxmama səbəb olacağınız təqdirdə bacardığım sahədə çalışıb, Sizin fəaliyyətinizi dəstəkləyəcəyəm".

R.Bəşirli məktubunun sonunda əfv olunmağını xahiş edir.






14 Mart, 2012  20:00 Baxılıb: 940 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner