Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Anar Məmmədov: Heç kimi döyməmişəm

Susmağımın səbəbi yalan bir şeyə reaksiya vermək istəməməyim idi

Bunu APA-ya açıqlamasında “ZQAN Holding” şirkətlər qrupunun Direktorlar Şurasının sədri, Amerika-Azərbaycan Alyansının təsisçisi Anar Məmmədov mətbuatda Qubanın sabiq İcra Hakimiyyəti başçısı Rauf Həbibovu kabinetində döyməsi barədə suala cavab verərkən deyib. A. Məmmədov bundan əvvəl barəsində yazılanlar barədə susqunluq nümayiş etdirməsinin də səbəbini açıqlayıb: “Susmağımın əsas səbəbi yalan bir şeyə reaksiya vermək istəməməyim idi. Reaksiyamı məhkəməyə müraciət etməklə bildirdim. Azərbaycan demokratik ölkədir, onun azad mətbuatı var. Bununla belə, yenə də hər bir insan haqqında nə isə yazmazdan öncə dəqiqləşdirmə aparmaq, bu haqda düşünmək, həmin insanı tanımaq lazımdır”.

A. Məmmədov məhkəmə qərarı ilə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin ona ödəyəcəyi vəsaitdən imtina edib-etməyəcəyi barədə suala isə belə cavab verib: “Buna məhkəmə qərar verəcək, bu barədə indidən fikir söyləyə bilmərəm”.

O, təsisçisi olduğu Amerika-Azərbaycan Alyansının fəaliyyəti barədə də danışıb: “Amerika-Azərbaycan Alyansı yeni təşkilatdır, 2011-ci ilin may ayında ABŞ-ın Vaşinqton şəhərində təsis edilib. Əsas məqsədimiz Azərbaycanı və azərbaycançılıq ideyasını, ölkəmizin həqiqətlərini, mədəniyyətini ABŞ-da tanıtmaqdır. Amerika-Azərbaycan Alyansının saytında yaradılmış bölmə vasitəsilə hər bir insan ABŞ prezidenti Barak Obamaya məktub ünvanlaya, öz fikirlərini bildirə bilər”.

A. Məmmədov rəhbəri olduğu alyansın Xocalı faciəsinin 20 illiyi ilə bağlı Amerikada keçirdiyi aksiyalardan da danışıb: “ABŞ-ın nüfuzlu “The New York Times” və “The Washington Post” qəzetlərində tam bir səhifə Xocalı soyqırımına həsr olundu, saytlarda məqalələr yerləşdirildi. Vaşinqton şəhərində 400-ə yaxın metro və avtobusda Xocalı soyqırımına aid posterlər yerləşdirildi, ABŞ-ın bir sıra hava limanlarında isə əhaliyə bu soyqırımdan bəhs edən broşürlər paylandı”.






13 Mart, 2012  16:57 Baxılıb: 905 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner