Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İmişli İcra başçısının nümayəndəsi “Kür qaçqını”nı məhkəməyə verib

Evi dağılmış sakindən 50 min manat cərimə tələb olunur

Kür çayının daşması nəticəsində evini itirən İmişli rayon Ağammədli kənd sakini Əsəd Xəlilov İmişli rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayevin nümayəndəsi Şəmsəddin Pənahov tərəfindən məhkəməyə verilib. Bu haqda Simsar.az-a “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından məlumat verilib.
Şəmsəddin Pənahov buna səbəb kimi Ə. Xəlilovun dövlət başçısına yazdığı və qəzetlərdə dərc olunan məktubunda şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna ziyan vurulduğunu əsas gətirib. İcra başçısının nümayəndəsi məhkəmədən “Kür qaçqınını” 50 min manat cərimə olunmasını və cinayət işi qaldırılaraq həbs edilməsini xahiş edib. İmişli rayon Məhkəməsi iddia ərizəsini icrata götürüb. Sabah məhkəmə prosesi keçiriləcək. Məhkəmədə Ə.Xəlilovun hüquqları “Kür” Cəmiyyəti tərəfindən müdafiə ediləcək.
71 yaşlı Ə. Xəlilovun evi Kür daşqınları zamanı güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalıb. O, dəfələrlə İmişli RİH- ə rəsmi müraciət etsə də hər dəfə ona “eviniz normaldır” cavabı verilib. Fövqaladə Hallar Nazirliyinin komissiyası onun evinə baxış keçirib, zərərçəkənin evinin bərbad vəziyyətdə olduğunu müəyyən edərək, evin bərpasına dair rəy verib, amma bunlar həyata keçirilməyib. O, 1 saylı İnzibatı İqtisad Məhkəməsinə müraciət edərək öz hüquqlarının bərpasını tələb edib.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.






13 Mart, 2012  16:46 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner