Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BAKIDA “BAYRAM TIXAC”I

Vaqif Əsədov bunun üç səbəbini göstərdi 

Bakı şəhərinin bir neçə küçəsində tıxac yaranıb. Simsar.az-ın əməkdaşları şəhərin müxtəlif yerlərində tıxacların olmasını müşahidə ediblər.

Məlumatlara görə, bu gün səhər saatlarından başlayaraq Sumqayıt-Bakı və Avtovağzal ətrafındakı yollarda tıxaclar yaranıb. Kilometrlərlə uzanan tıxacları aradan qaldırmaq üçün Bakı Şəhər Yol Polisi gücləndirilimiş iş rejiminə keçib.

Bakı Şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovun sözlərinə görə, tıxacın yaranmasının bir neçə səbəbi var: “Əvvala, bu gün ilaxır çərşənbədir. Yollarda avtomobillərin sayı artıb. Bundan başqa Xorvatiya respublikasının prezidenti və Almaniyanın xarici işlər naziri Bakıda səfərdədilər. Bununla bağlı Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb”.

Bakı şəhər yol polisinin bayramla əlaqədar gücləndirilmiş iş rejiminə keçdiyini deyən V.Əsədov sürücüləri ehtiyatlı olmağa çağırdı.

RUSLAN






13 Mart, 2012  15:54 Baxılıb: 1172 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner