Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün sonuncu - "İlaxır çərşənbə"dir

Bu gün ilaxır çərşənbələrdən dördüncüsü – torpaq çərşənbəsidir.

Simsar.az-ın məlumatına görə, son çərşənbə torpağın oyanması, ana torpağın yatmış ağacların köklərini isitməsi ilə bağlıdır. Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır. Lakin bu çərşənbə digərlərindən xüsusi mərasimlərlə fərqlənir. Azərbaycanda, ənənəvi olaraq, ilaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur. 

İlaxır çərşənbə el arasında həm də niyyət çərşənbəsi, dilək günü kimi məşhurdur. İnanca görə, bu gün ürəkdə tutulan diləklərin hamısı hasil olur. Bu gün evlərdə mütləq xoş sözlər danışılmalıdır. Kimsə qulaq falına çıxıb, qapıya gələ bilər. Əgər evdə yaxşı sözlər danışılsa, qapıya gələnin ürəyindəki istəyi gerçəkləşər. Bundan başqa, qız-gəlinlər iki iynəni sapa bağlayıb su dolu qaba sallayırlar, əgər iynələr qabın dibində ağız-ağıza gəlsələr, deməli, bunu sınayan istəyinə çatacaq. İynələr uzaqlaşsalar, işləri müşkülə düşəcək. Yaxud, gənc qızlar arxası qapıya dayanıb ayaqqabılarını qapıya doğru atarlarsa və ayaqqabının burnu qapıya tərəf düşərsə, deməli, qız həmin il nişanlanacaq.

Bir inanc da var ki, almaları nişanlayıb suya atırlar. Almalar suda bir-birinə yaxınlaşsa, bu da niyyətə çatmağa işarədir.

Xalqın inanclarına görə, tonqal qalanması, şirniyyatlar bişirilməsi, çalıb-çağırmaq, əhvalın yüksək olması yeni, işıqlı günün çağırışıdır. Yəni, insan bu mərasimlərlə dolayısı ilə təbiəti idarə edə biləcəyinə, yaşıllığı, günəşi, istiliyi, işığı çağırıb gətirə biləcəyinə, yanan tonqallarla qaranlığı qovub uzaqlaşdıracağına inanıb. Digər tərəfdən, əvvəldən belə adət yaranıb ki, hər kəs bu gün ayaqqabıdan tutmuş papağacan təzə geyinməlidir. Çünki köhnə paltar köhnə ilin qalığıdır. Köhnə ilin ağrı-acısından qurtulmaqdan ötrü isə mütləq təzələnmək lazımdı.

Bu gün evlərimizdə açılacaq süfrəyə gəlincə, süfrəyə mütləq yeddi cür nemət düzülməli, yumurta boyanmalı, şamlar yandırılmalıdır. Bir çox bölgələrdə, məsələn, Naxçıvanda, Təbrizdə, Ərdəbildə İlaxır çərşənbəyə “Yeddi ləvin” bayramı da deyilir. Bu sözün mənası “yeddi növ”, “yeddi cür nemət” deməkdir. Bu yeddi nemətə səməni, halva, şəkərbura-paxlava, yumurta, meyvələr, qoz-fındıq, meyvə qurusu daxildir. Bu da ona işarədir ki, bütün il boyu süfrəmiz bolluq içərisində olsun.

Ruzi-bərəkətinizin bol, süfrələrinizin dolu olması diləyilə. İlaxır çərşənbəniz mübarək olsun!






13 Mart, 2012  14:26 Baxılıb: 1061 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner