Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

11-ci Beynəlxalq Turizm və Səyahətlər Sərgisi Bakıda keçiriləcək

Sərgi 12-14 aprel tarixində olacaq 

12-14 aprel tarixində Bakıda 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF") sərgisi keçiriləcək.
 Bu barədə simsar.Az-a İTECA-dan məlumat verilib.

Turizm sənayesi peşəkarlarının illik görüş yerinə çevrilmiş bu sərgidə dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq, hava daşımaları, oteldə yerləşdirmə və otaqların bron edilməsinə qədər turizm xidmətlərinin bütün spektri nümayiş etdiriləcək.

Təsis edildiyi gündən bəri sözügedən sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən daim dəstəklənir. AZAL şirkəti "AITF" sərgisinin rəsmi hava daşıyıcısı qismində çıxış edir.

Artıq ardıcıl olaraq ikinci ildir ki, "SW Travel" (Azərbaycan) şirkəti "AITF" sərgisinə sponsorluq edir. Sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group plc" və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian LLC" şirkətləridir.

Genişmiqyaslı və rəngarəng "AITF-2012" sərgisi turizmlə bağlı öz eksklüziv təkliflərini təqdim etməyə hazır olan 200-dən çox iştirakçı şirkəti bir araya gətirəcək. Hal-hazırda, sərgi 60-dan çox turizm istiqamətini, 15 milli ekspozisiyanı və 28 iştirakçı ölkəni təqdim etməklə, “Bütün dünya - Bir sərgi” devizini tam doğruldur.

Artıq ardıcıl olaraq üçüncü ildir ki, Türkiyə "AITF" sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir və bu dəfə də öz geniş stendində ölkənin potensialını nümayiş etdirəcək. Bolqarıstan isə ilk dəfə olaraq qonaq ölkə statusunda iştirak edəcək.






12 Mart, 2012  22:00 Baxılıb: 1170 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner