Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

2050-ci ildə insanları təhdid edəcək ən böyük təhlükə

Artıq BMT bu barədə həyəcan təbili çalır

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya əhalisinin içməli suyla təmin edilməsində problemlərlə bağlı həyəcan təbili çalıb. Simsar.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, BMT problemlə bağlı məruzəni bu gün Fransanın Marsel şəhərində öz işinə başlayan Su Resursları Ümumdünya Forumuna göndərib. 

Məruzədə qlobal iqlim dəyişikliyi ilə bağlı dünyada içməli suyun çatışmaması və içməli suyun materiklər üzrə qeyri-bərabər paylanması haqqında məlumat əksini tapıb. Asiya materikində planetin 60 faiz əhalisinin yaşamasına baxmayaraq, bu materikin planetin içməli su ehtiyatının 3-də biri ilə təmin olunduğu bildirilir.

Məruzədə 2050-ci ilədək Yer sakinlərinin ərzağa olan tələbatının 70 faiz artacağı bildirilir. Bu da öz növbəsində kənd təsərrüfatının müxtəlif sahələrinə sərf edilən suyun həcmini 19 faiz artıracaq ki, bu amil öz növbəsində şirin su ehtiyatının 90 faizinin işlədilməsinə səbəb olacaq.

UNICEF və Dünya Səhiyyət Təşkilatının Yer kürəsi sakinlərinin ancaq 89 faizinin içməli suyla təmin olunduğunu bildirir. Dünya əhalisinin 783 milyon nəfəri isə hələ də çirklənmiş su mənbələrindən istifadə etmək məcburiyyətindədir.






12 Mart, 2012  20:51 Baxılıb: 815 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner