Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Türk ocaqları" 100 illiyini Bakıda qeyd edəcək

Bununla bağlı "Türk dünyasının dünəni, bu günü, sabahı" adlı konfranslar keçiriləcək

Martın 13-16–da “Türk Ocaqları”nın 100 illiyi: Türk Dünyasnın dünəni, bügünü, sabahı” adlı konfranslar keçiriləcək.

Simsar.az-ın məlumatına görə, bu il Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən ən böyük ictimai təsisatlardan olan “Türk Ocaqları” Dərnəyinin yaranmasının 100 ili tamam olur. Dərnək rəhbərliyi “Türk Ocaqları”nın yaradıcıları arasında Azərbaycan nüfuzlu ziyalıların da olduğunu, bu təsisatın yalnız Türkiyənin deyil, bütün Türk Dünyasının, o cümlədən, Azərbaycanın maraqlarının ifadəçisi kimi çıxış etdiyini nəzərə alaraq, əlamətdar yubileyin Azərbaycanda da qeyd olunması təklifi ilə respublikanın uyğunprofilli dövlət və ictimai qurumlarına müraciət edib. Yubiley tədbirlərinə türkdilli ölkələrdən nüfuzlu simaların və təşkilat nümayəndələrin qatılacağı planlaşdırılır.

Konfrans Azərbaycan Atatürk Mərkəzində başlayacaq və açılış çıxışlarından sonra tədbir Əlibəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Ziya Göyalp və digər bölmələr üzrə işini davam etdirəcək. Konfransın ikinci günü Qafqaz Universitetində keçiriləcək.

Bildirilir ki, nümayəndə heyətinin respublikamızın dövlət, hökumət rəsmiləri, Milli Məclis rəhbərliyi, habelə, bir sıra ictimai təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.






10 Mart, 2012  15:17 Baxılıb: 821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner