Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

3800 həkimə daha 5 il işləməyə icazə verilib

Onların sənədləri Sertifikasiya Komissiyası tərəfindən qəbul olunub

Bu günə kimi Azərbaycanda 3800 həkimin sənədləri Sertifikasiya Komissiyası tərəfindən qəbul olunub, onların 3035-i 8 ixtisas üzrə test imtahanından və ikinci mərhələdə aparılan müsahibədən keçərək sertifikat alıb. Simsar.az-ın məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirnin müavini Elsevər Ağayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

O bildirib ki, tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılması yollarından biri bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqidir.

Nazir müavinin sözlərinə görə, yaxın aylarda orta tibb işçiləri də sertifikasiyaya cəlb olunacaqlar.

Ağayev əlavə edib ki, stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı işi daha da təkmilləşdirilib. Artıq stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək, onların sayı 60-dan 166-ya çatdırılıb.

Nazir müavininin sözlərinə görə, 2011-ci ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,7-dən 19,3-ə qalxıb. Təbii artım göstəricisi isə 8,1-dən 13,5-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir. Bununla yanaşı, 2003-cü illə müqayisədə 2011-ci ildə bu vəsait təxminən 10 dəfə artaraq 563 milyon manatdan artıq olub.






9 Mart, 2012  17:39 Baxılıb: 844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner