Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

2011-ci ildə Azərbaycanda təbii artım yüksəlib

Bu Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir

“2011-ci ildə Azərbaycanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,7 faizdən 19,3 faizə qalxıb. Təbii artım göstəricisi isə 8,1 faizdən 13,5 faizə yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir”. Simsar.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev YAP-ın saytına müsahibəsində bildirib. O deyib ki, ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramı, yeni doğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərinin immunoprofilaktikası” proqramları ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu oynayıb. 

E. Ağayevin sözlərinə görə, hazırda Azərbaycanda uşaqlar yoluxucu xəstəlikdən qorunmaq üçün 10 xəstəliyə qarşı peyvənd edilir: “Bu ildən etibarən körpələrimiz daha bir qorxulu infeksiyaya - Hemofilus B infeksiyasına qarşı planlı peyvəndə cəlb olunublar. Yaxın zamanlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin tətbiq edilməsi planlaşdırılır”.

E. Ağayev onu da bildirib ki, 2011-ci ildə difteriya, qızılca xəstəlikləri qeydə alınmayıb, epidemik parotit xəstəliyi 27 faiz azalıb, malyariya xəstəliyi praktiki ləğv olunma səviyyəsindədir.






9 Mart, 2012  17:19 Baxılıb: 1170 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner