Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BU GÜN BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR

Simsar.az Azərbaycan qadınlarını təbrik edir

Bu gün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu bayram dünyanın bir sıra ölkələrində qeyd olunur. 8 martı qeyd etməyən ölkələrdə də qadınlar və analar günləri olsa da, bu günlər başqa tarixlərə təsadüf edir
8 mart Almaniya Sosial Demokrat Partiyasının qadın təşkilatının rəhbəri Klara Setkinin adı ilə bağlıdır. 1910-cu ildə Kopenhagendə keçirilən Qadınların İkinci Beynəlxalq Konfransında Klara Setkin 8 martın qadınlar günü kimi qeyd olunmasını təklif edib. O, bü günun qadınların öz hüquqları uğrunda apardığı mübarizənin rəmzi olaraq, bayram edilməsini istəyib.
Tarix isə təsadüfi seçilməyib. 1857-ci il martın 8-də Nyu-Nork şəhərindəki toxuculuq fabrikinin işçiləri öz hüquqları uğrunda mübarizəyə qalxıblar. Onlar əmək haqlarının artırılması, iş saatının 8 saatadək azaldılması və digər tələblərlə mitinq və tətilə başlayıblar.

Dünya tarixində qadınların öz hüquqları uğrunda mübarizəyə qalxmalarına dəfələrlə rast gəlinib. Qədim Yunanıstanda kişilərin müharibədə həlak olması qadınların kəskin etirazına səbəb olub və onlar müharibənin əleyhinə aksiyalara başlayıblar. Fransa inqilabında Paris qadınları «azadlıq, bərabərlik və qardaşlıq» şüarları altında Versala yürüş təşkil edərək, onlara seçki hüquqlarının verilməsini tələb ediblər.

Azərbaycana gəlincə, 8 martın ölkəmizdə bayram kimi qeyd olunmasına münasibət birmənalı deyil. Keçmiş SSRİ vaxtında bu bayram geniş təmtərəqla qeyd olunsa da, indi bəziləri Nyu-York toxucularının mübarizə tarixinin qeyd olunmasını məqsədəuyğun hesab etmir.
Əlbəttə ki, bu fikirlər əksər qadınlarımızın ürəyincə deyil. Onlar hansı münasibətlə olmasından asılı olmayaraq, ildə bir dəfə hədiyyə almağın, əzizlənməyin tərəfdarıdırlar.
Təəssüflər olsun ki, son zamanlar 8 martla bağlı bir sıra xoşagəlməz fikirlər də səslənir. Bəzi təhsil müəsissələrində, xüsusilə, orta məktəblərdə 8 mart rüşvət almaq üçün xüsusi fürsətə çevrilib. Araşdırma zamanı valideyinlərdən bir sıra şikayətlər eşitdik. Adının çəkilməsini istəməyən valideyinlərdən biri övladlarının şəhər məktəblərindən birində oxuduğunu, uşaqlarından hər biri üçün 70 manat xərcə düşdüyünü dedi: «Biz 8 martda müəllimələri təbrik etməyin əleyhinə deyillik, amma indi sinif rəhbərləri uşaqlar qarşısında tələb qoyurlar ki, heç kim hədiyyə gətirməsin. Qızımın sinif rəhbəri uşaqlardan hər birindən özü üçün 50 manatdan, digər qadın müəllimələr üçün isə 20 manatdan pul yığır. Bəlkə birinin bu pulu verməyə imkanı yoxdur?»

Azərbaycan qadınının mövcud problemlərindən biri də insan hüquqları ilə bağlıdır. Hələ də ölkəmizdə döyülən, söyülən, gənc yaşlarında ailə qurmağa məcbur edilən qadınlarımız var. Qadın hüquqlarının tanınmaması kriminogen durumun statistikasında da özünü göstərir.

Bayramqabağı hədiyyə seçiminə gəlincə, apardığımız sorğunun nəticələrinə görə, qadınlarımızın əksəriyyəti gül və ətirə üçtünlük verir. Şəhərin müxtəlif yerlərində dükanlarda hədiyyə olunacaq əşyaların çeşidi çoxalsa da, onların qiymətlərində adi günlərlə müqayisədə fərq də hiss olunur.

Biz də, simsar.az olaraq, bütün qadınlarımızı bayram münasibətilə təbrik edir, onlara can sığlığı, xöşbəxtlik, dəyərindən asılı olmayaraq istədikləri hədiyyəni almağı arzulayırıq.

Xatirə Nəsirli






8 Mart, 2012  05:35 Baxılıb: 1066 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner