Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ziyalılar Forumundan jurnalist qadınlara mükafat

Bu dəfəki tədbir qadınlara həsr olundu

Simsar.az-ın məlumatına görə, Azərbaycan Ziyalılar Forumu 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı tədbir keçirib. Tədbirdə forumun təsisçilərindən olan Eldar Namazov, Rafiq Əliyev, eks-mllət vəkili Gültəkin Hacıbəyli, hüquq müdafiəçiləri Novella Cəfərova, Səidə Qocamanlı, Mehriban Vəzir, Arzu Abullayeva və eləcə də bir sıra KİV nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan akademik Rafiq Əliyev Azərbaycan xanımlarını təbrik edərək onların cəmiyyətdəki mühüm rolundan danışıb. Akademik daha sonra xanımların irca srtukturlarında təmsil olunmamsına toxunub.

Tədbirdə qadınların cəmiyyətdə rolundan danışılıb. İcra strukturunda, dövlət orqanlarında qadınların az təmsil olunması məsələsinə toxunulub.

Rafiq Əliyev bildirib ki, cəmiyyətdə qadınların yeri azdır:

“Bu gün heç bir İcra Hakimiyəti strukturunda qadınlar təmsil olunmurlar. Əlbəttə, xanımlar işləsələr daha ədalətli olar. Rüvət halları olmaz”.

R.Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin idarəçilik məharətini yüksək qiymətləndirərək qeyd edib ki, bu qurum Təhsil Nazirliyi ilə müqayisədə daha yüksək pillədədir.

“Məleykə Abbaszadənin rəbərlik etdiyi komissiyanın 95 faiz müsbət, 5 faiz mənfilik varsa, Təhsil Nazirliyində əksinə 5 faiz müsbət var, 95 faiz da mənfilik var. Bu baxımdan qadın problemləri cəmiyyətdə ayrı bir problem kimi yox, cəmiyyətin bir problemi kimi həll olunmalıdır”

Maraqlı müzarələr şəraitində keçən tədbirin sonunda 8 Mart qadınlar günü münasibəti ilə xanım jurnalistlərə müxtəlif mükafatlar verilib.






7 Mart, 2012  21:37 Baxılıb: 1030 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner