Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Masallıda beynəlxalq folklor festivalı olacaq

Bir həftə davam edəcək festivala bir çox ölkədən nümayəndələr qatılacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Masallının 2012-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan edilməsi çərçivəsində rayonda beynəlxalq folklor festivalı keçiriləcək. Bu barədə Simsar.az-ın cənub bürosuna məlumat verən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovanın sözlərinə görə, iyun ayında keçirilməsi nəzərdə tutulan bu nüfuzlu sənət yarışmasında Bolqarıstan, Kanada, Peru, Kuba, İtaliya, İran, Türkiyə, Özbəkistan, Gürcüstan və Ukraynadan folklor kollektivləri iştirakı edəcək. Sözügedən ölkələrə dəvətnamələrin göndərildiyini bildirən şöbə müdiri, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə lazımi köməklik göstərildiyini qeyd edib: “Bir həftə davam edəcək festivalın əsasnaməsi də hazırlanıb. İştirakçı kollektivlər üçün üzərində Masallı şəhərinin emblemi və “Azərbaycanın Folklor Paytaxtı Masallı” yazılan köynəklər sifariş edilib. Festival çərçivəsində həmçinin suvenirlərin satış yarmarkasının, müxtəlif növ əyləncəli proqramlarının, el sənətkarlarının əl işlərindən ibarət sərgilərin də keçirilməsi nəzərdə tutulub”.






7 Mart, 2012  20:16 Baxılıb: 1018 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner