Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YALANÇI ENDİRİM KAMPANİYALARI

Bu kampaniyalara aldanmayın!

Hər gün mağazaların və ticarət obyektlərinin qarşısndan keçərkən endirim reklamları ilə tez-tez rastlaşırıq. Demək olar ki, hər 10 dükandan 8-ində bu cür ucuzlaşmaya aid reklamları görmək mümkündür.
İnanırıq ki, artıq bu cür yalançı endirimlərə son qoyulacaq. Çünki İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu işlərlərlə məşğul olanlara xəbərdarlıq edir.
İqtisadi İnkişaf Nazirliyindən Simsar.az-a verilən xəbərə görə, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 14 ünvanında Emin Əliömərova məxsus mağazada aparılan yoxlama zamanı, mağazada “Bütün mallara 40-50% endirim” qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.
Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən qeyri-dəqiq reklamın yayımı dayandırılıb.Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, qanunvericiliyə uyğun tədbirlər görüləcək.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, Dövlət Xidmətinə müraciət etmələri xahiş olunur.
Əlaqə telefonlar: 498-15-01 və 498-15-04






7 Mart, 2012  19:05 Baxılıb: 1066 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner