Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«Azərbaycan Milli Ensiklopediyası»nın əməkdaşlarının maaşları artacaq

Nazirlər Kabinetinin qərarı aprelin 1-dən qüvvəyə minəcək 

Nazirlər Kabineti «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzində çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi haqqında qərar qəbul edib.

 Nazirlər Kabinetindən Simsar.az-a verilən məlumata görə, 2012-ci il aprelin 1-dən qüvvəyə minən qərara əsasən, Elmi Mərkəzin direktorunun maaşına 120 manat, direktor müavini üçün 100 manat əlavə ediləcək. Mərkəzin şöbə müdiri, kompyuter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasibi maaşlarına 80 manat, şöbə müdirinin müavini, kompyuter mərkəzi müdirinin müavini, redaksiya müdirinin müavini, baş mühasibin müavininin maaşına 70 manat, ümumi şöbənin müdiri, kitabxana müdiri, böyük elmi redaktor, iqtisadçı, mühasib, elmi redaktor, kiçik redaktor, komendant, mütəxəssisi maaşlarına 50 manat əlavə alacaqlar.






7 Mart, 2012  18:50 Baxılıb: 1223 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner