Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali məktəblərə qəbulla bağlı elan açıqlandı

Bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransda deyib

2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul elanları açıqlanıb.

Simsar.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, xüsusi təyinatlı təhsil müəsissələrinə - Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Müdafiə Nazirliyinin Ali Hərbi məktəblərinə, Tibb Universitetinin ali hərbi tibb fakültəsinə, Orta Hərbi Tibbi Məkətbinə və hərbi liseylərə qəbul iki mərhələdə aparılır. I mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən TQDK tərəfindən keçirən test imtahanını verməlidir.

2012-2013-cü tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə ərizə və sənədlərin qəbulu martın 1-dən aprelin 10-dək aparılacaq.

Ali Hərbi məktəblərə qəbul olmaq istəyən kursantlar aprelin 1-dən mayın 30-dək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər.

Tibb Universitetinin hərbi tibb fakültəsinin hərbi həkim işi ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.

Tibb Universitetinin Hərbi Tibb Məktəbinə feldşer ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi tibb fakültəsi rəisinin adına ərizə təqdim etməlidirlər.

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi lisey rəisinin adına ərizə ilə müraciət etməlidir.






7 Mart, 2012  15:41 Baxılıb: 1065 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner