Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

117 məscid, 1 kilsə, 1 sinaqoq

Bütün bunlar son səkkiz ildə tikilib

Son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, eləcə də 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. Simsar.az-ın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilib. Milli Məclisə təqdim olunmuş hesabatda Heydər Əliyev Fondunun dəstəyi ilə 7 məscid və ziyarətgahın inşa və ya əsaslı təmir olunduğu da vurğulanıb.

Hesabatda dövlət qeydiyyatından keçmiş dini icmaların sayının 571-ə çatdığı bildirilir. Həmin icmalardan 551-i İslam, 20-si isə qeyri-islam təmayüllüdür. 2011-ci ildə müvafiq ekspertizaya 1681 adda dini ədəbiyyat təqdim edilib. Onlardan 51 adda zərərli kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Bundan başqa, hesabatda bildirilir ki, radikal dini qruplara və zərərli təriqətlərə qarşı maraqlı xarici dövlətlərlə birgə mübarizə aparılması məqsədilə lazımi tədbirlər davam etdirilib, xarici ölkələrin dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, səfirlər və digər yüksək rəsmi şəxslərlə çoxsaylı görüşlər keçirilib və əhəmiyyətli müzakirələr aparılıb.






7 Mart, 2012  14:49 Baxılıb: 853 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner