Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QIŞDA YOLLARIMIZ NİYƏ BÖYÜK PROBLEMƏ ÇEVRİLİR?

Yolların xarab olmasının səbəbi ağırtonnajlı yük maşınlarının üstünə atılır 

Simsar.az «Qışda ən böyük probleminiz» mövzusunda keçirdiyi sorğusunu yekunlaşdırıb. Sorğunun nəticələrindən bəlli olub ki, respodentlərin ən böyük problemi yollarla bağlı olub. Sorğu iştirakçılarının 40 faizinin havalar yağmurlu olduğu vaxt yolların acınacaqlı durumundan əziyyət çəkdiyi bəlli olub. Sonrakı yerləri ardıcıllıqla su, qaz, nəqliyyat və elektrik enerjisi problemləri tutub.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov jurnalistlərə açıqlamasında Nazirliyin balansında olan yollarda şaxtadan sonra təmir aparıldığını bildirib. Onun sözlərinə görə, qar çox yağanda asfalt örtüyünün dağılması təbiidir: «Yolların dağılmasının əsas səbəbini heç də qar və buzun üzərinə atmaq düzgün deyil. Ağırtonnajlı yük maşınları normadan artıq yük götürürlər ki, bu da yolların vaxtından qabaq dağılmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün qanunvericilik sərtləşdirilib».

N.Həsənov onu da əlavə edib ki, bütün şəhərlərdə şaxtadan sonra yollarda aşınma olur: «Yol elə bir sahədir ki, daim istifadə olunur. İstifadə olunan şey təbii ki, xarab olmalı, sıradan çıxmalı və yenidən təmir edilməlidir».

Müstəqil Memarlar Asossiasiyasının prezidenti Zemfira Budaqova isə bildirib ki, yollarda yaranan çala-çuxurları təkcə qar və buzun üzərinə atmaq doğru deyil: «Elə ölkələr var ki, ora qar daha çox yağır, şaxta daha güclü olur. Bizdə asfalt salınarkən standartlara əməl olunmur. Ümumiyyətlə, Bakıda yolların çəkilməsinə nəzarət olunmur. Yollar 5-6 dərəcə şaxta olan kimi və ya qar və yağış yağandan sonra dağılır. Günahı da təbiətin üzərinə atırıq».

Z.Budaqovanın sözlərinə görə, yollar çəkilərkən tikinti qaydalarına riayət olunsa, asfalt tez-tez dağılmaz: «Yollar çəkilərkən elə edilməlidir ki, yağan yağış, qar suyu asanlıqla axıb su kollektoruna tökülsün. Asfalt üzərində su qalmamalıdır. Bizdə isə asfaltı elə çəkirlər ki, yağan yağış suları axmağa yer tapmır və özü üçün çökəklik yaradıb, betonu sıradan çıxarır. Digər tərəfdən dağılmış yollar düzgün təmir olunmur. Yollara vurulan yamaq yağış yağan kimi qopub, dağılır. Bu sahəyə ciddi nəzarət olmalıdır. Asfaltın tərkibindəki qatışıqlar standartlara cavab verməlidir».

Ekspertin sözlərinə görə, qar və buzun əriməsindən sonra yollarda yaranan çala-çuxurlar nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, qəza vəziyyəti yaradır: «Gündəlik istifadə etdiyin yolda gözləmədiyin halda çuxura düşürsən, bu zaman həm sürdüyün avtomobilin hissələri sıradan çıxır, həm də arxadan gələn avtomobil üçün təhlükə yaradır. Bu sahədə olan problemləri yol polisləri də qeyd edib, aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına təklif kimi göndərə bilərlər».

Xatirə






6 Mart, 2012  17:31 Baxılıb: 1075 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner