Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"İlaxır"da böyük bayram şənlikləri olacaq

Faytonlardan ibarət karvan od gətirmək üçün Suraxanı rayonunda yerləşən “Atəşgah” məbədinə yola düşəcək  

Gələn həftə qeyd edəcəyimiz Novruz çərşənbələrinin sonuncusu – Torpaq çərşənbəsi münasibətilə paytaxt Bakıda böyük bayram şənlikləri təşkil olunacaq.

 Bakı Şəhər İcra Hakimiyyətinin Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinin rəhbəri Samid Rzayevin Simsar.az-a verdiyi xəbərə görə, İlaxır çərşənbədə bayram şənlikləri hər il olduğu kimi, təxminən saat 12:00-da “Azneft” meydanından başlanacaq.

Belə ki, buradan faytonlardan ibarət karvan od gətirmək üçün Suraxanı rayonunda yerləşən “Atəşgah” məbədinə yola düşəcək. Məbəddən od götürüldükdən sonra burada kiçik bayram konserti təşkil olunacaq.

Daha sonra karvan odla birlikdə Qoşa Qala Qapısına yola düşəcək və təxminən saat 19:00-da burada böyük bayram şənliyi keçiriləcək. Şənlikdə çoxlu sayda paytaxt sakininin və əcnəbi qonaqların iştirakı gözlənilir.






6 Mart, 2012  16:22 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner