Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCANDAN DA “HAMIMIZ ERMƏNİYİZ, HAMIMIZ HRANTIQ” DEYƏN TAPILDI

Solçu Mətləb Muxtarov Taksimdə ermənipərəst şüarla çıxış edib 

Taksim meydanında Xocalı soyqırımının 20-ci ildönümü münasibəti ilə keçirilən soyqırım yürüşündən heç on gün keçməmiş Taksim meydanında yeni bir mitinq oldu.
Bu dəfə erməni təəssübkeşlərin amacı Xocalı soyqırımı ilə bağlı keçirilən yürüşə qarşı cavab addımı atmaq idi.
Amma çox maraqlıdır ki, bu dəfəki mitinq nə ilə bağlı idi və bu mitinqdə kimlər iştirak edirdi?

Türk xəbər agentliklərinə istinad etsək görərik ki, Azəri, Erməni, Türk, Kürd, Çərkəz, Gürcü, Laz, Ərəb və Adıgey xalqları guya ki, birləşərək irqçilərə cavab verir: Yaşasın xalqların qardaşlığı.

Ancaq mitinqdəki digər şüarlara diqqət yetirəndə hadisələrin hardan və necə qaynaqlandığını görərik: "Hamımız erməniyik, hamımız Hrantıq", "Nifrət sizin, insanlıq bizim", "İrqçiliyə keçid yox" şüarlarıyla gedən yüzlərlə adam, öz ana dillərində eyni mesajı verir: Yaşasın xalqların qardaşlığı

Mitinqçilər 26 fevralda Taksimdə keçirilən nümayişə Türkiyənin Daxili İşlər Naziri İdris Naim Şahinin də qatılmasına etiraz bildiriblər.

“Heç bir acı digərindən üstün deyil!

Azərbaycan sosialistləri adına danışan Mətləb Muxtarov, Sovetlər Birliyi dağılıb Azərbaycan müstəqilliyini elan etdikdən sonra, Türkiyə və Azərbaycan arasında yaxın əlaqələr başladığını xatırlatdı, "Xalqların qardaşlığına inananlar olaraq bu yaxın və qardaşca əlaqələrin müsbət tərəflərini dəstəkləməklə birlikdə, bu əlaqələrin hər iki ölkədəki milliyyətçi, hətta bəzən faşizm duyğuları tətiklədiyini də ifadə etmək istəyərik" dedi.

Erməni xalqına qarşı kin və nifrət ifadələrin, bu əlaqələrin imtina edilməz parçasına çevrildiyini söyləyən Muxtarov erməni xalqını aciz və günahsz olduğunu deyib: "Fransadakı 'Erməni Soyqırımını İnkar Qanununu fürsət bilən eyni milliyyətçi ətraflar buna Xocalı soyqırımını şişirtməklə cavab vermək istəyirlər. Halbuki, Xocalı soyqırımı 1915- dəki erməni hadisələriylə müqayisə edilməsinə, Erməni tragediyasını inkar etmək üçün vəsait olaraq istifadə edilməsinə etiraz edirik".








6 Mart, 2012  14:48 Baxılıb: 1076 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner