Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SUMQAYIT ƏN EYBƏCƏR ŞƏHƏR ELAN EDİLDİ

“Bura psixi çatışmazlıqlarla doğulan minlərlə uşağa məzar olub”

Avstraliyanın məşhur səyahət saytı “travel.ninemsn.com.au” dünyanın 7 ən eybəcər şəhərini müəyyənləşdirib.

“Təmiz Şəhər” İctimai Birliyindən Simsar.az-a daxil olan məlumata görə, siyahıda birinci yeri Azərbaycanın Sumqayıt şəhəri tutur. Sumqayıtı təsvir edən məqalədə yazılıb:

“Neft paytaxtı olan Bakı Sumqayıtla müqayisədə utopik dərəcədə müsbət görünür. Sumqayıt böyüklüyünə görə, Azərbaycanın üçüncü şəhəridir. Dəniz sahilində yerləşən bu şəhər nə vaxtsa kurort şəhəri olmalıydı. Ancaq bura sənaye müəssisələrini köçürdülər. Sovet Ittifaqı Sumqayıtdan kimyəvi məhsullar mərkəzi düzəltmək qərarına gəldi. Nəticədə şəhər paslanmış kimya zavodları, çirkli borular şəhərinə çevrildi. Şəhərin görməli yerləri içərisində ”Uşaq qəbiristanlığı”na rast gəlmək olar. Bura ətraf mühitin çirklənməsi nəticəsində fiziki eybəcərliklər və psixi çatışmazlıqlarla doğulan minlərlə uşağa məzar olub”.

Siyahıda Qvatemalanın Qvatemala Siti, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad, Moldovanın Çisnau, Perunun La Oroya, Myanmanın Neypido və Paraqvayın Syudad-Del-Este şəhərləri yer alıb.

RUSLAN






6 Mart, 2012  14:21 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner