Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Günəşdə qorxulu ləkə

Yer planeti təhlükədə 

Günəşin səthidə yeni və Yer üçün qorxulu hadisələr vəd edən ləkə əmələ gəlib. Astrofizik Cəsarət Əliyevin Simsar.az-a verdiyi məlumata görə, yeni doğan 1429 saylı ləkə dəstəsi sahəsinə görə Yerdən bir neçə dəfə böyükdür və güman ki, bu sahə artmaqda davam edəcək: “Ləkənin maqnit sahəsi strukturuna görə çox dolaşıqdı və buna görə o, artıq iki orta güclü alışma verib: martın 2-də M3 sinifli və martın 4-də M2 sinifli. Bu gün obaşdan, saat 8:13-də isə güclü X1 rentgen alışması baş verdi”. 

Bu vəziyyətin Yerdə hansı hadisələrə səbəb ola biləcəyi ilə bağlı sualı alim belə cavablandırıb: “Yaxın iki həftə içində Yerdə seysmik aktivliyin artması, torpaq sürüşmələri, və digər törəmə olaylar yer ala bilər. Qəfil ölümlər, infarktlar, əsəb pozğunluqları və nəticə kimi qəzalar da bunların içərisindədir”.

C.Əliyev deyir ki, torpaq sürüşmələrinin yaranma səbəblərinin doğru olmayan izahı tikinti ilə bağlı işlərdə acınacaqlı nəticələrə gətirə bilər: “Doğrudanmı belə düşünmək olar ki, Azərbaycanda, Braziliyada, Çində yaxın dövrdə baş verən torpaq sürüşmələrinin törədicisi yağışdı? Baxın, neftin yanma nədəni qığılcımdı, yoxsa onun yana bilən karbohidrat tərkibli olması?! Neft başqa təsirdən də, məsələn, yüksək təzyiqdən və ya sürtünmədən də, alışa bilər. Eləcə də torpaq sürüşmələri. Onların artma nədəni günəş aktivliyi nəticəsində Yer qabığında geofiziki aktivliyin artmasıdır ki, bu cür olayların içərisində yertərpənmələri və palçıq vulkanları da var. Eksperiment qoyulsa aydın olar ki, artıq bulaq sularının mineral tərkibində dəyişikliklər var. 1999-2000-ci illərdə olduğu kimi, yenə də, 2010-2012-ci illərdə yer qabığındakı Azərbaycana düşən çatlar “tərpənməyə” başladı, sürüşmələr artdı”.

Həmsöhbətimiz qeyd edir ki, bu vəziyyətin təsiri ilə baş verə biləcək, bizim üçün diqqətçəkici olaylardan biri də Xəzərin səthinin yenidən qalxması (və ya düşməsi) ola bilər.






5 Mart, 2012  16:51 Baxılıb: 1521 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner