Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YAZARLAR GÜNÜNDƏ YAZARLARIN GÜNÜ

Yazarlar köşə yazmaqla, publisist yazılarla gündəlik çörək pulu qazanmaqla məşğuldurlar

1986-cı ildə Beynəlxalq PEN-klubun 48-ci konqresinin qərarına əsasən mart ayının üçü Yazarlar günü elan edilib. 1921-ci ildə təşkil edilmiş PEN-klub yazarların beynəlxalq birliyidir (PEN - ingilis dilində poets - şairlər, essayists - oçerkçilər, novelists - romançılar sözlərindən yaranıb).

PEN-klubun yaradılması - ingilis qadın-yazarı Katrin Emi Douson-Skottun ideyasıdır. PEN-klubun Birinci prezidenti Con Qolsuorsi seçilmişdir. 1923-cü ildə PEN-klubun ilk beynəlxalq konqresi açıldı (o zaman artıq 11 ölkədə PEN-klublar yaradılmışdı). Hal-hazırda PEN-klublar (mərkəzlər) 130 ölkədə fəaliyyət göstərir.

PEN-klubun əsasnaməsində göstərilir ki, "PEN-klub hər ölkənin daxilində və ölkələr arasında informasiya azadlığı prinsiplərini müdafiə edir. Klubun üzvləri öz ölkələrində, eləcə də bütün dünyada (mümkün qədər) söz azadlığının boğulmasının istənilən formasına qarşı etiraz etməyə borcludurlar. PEN-klub mətbuat azadlığını müdafiə edir, sülh dövründə ixtiyari senzuraya qarşı çıxır. PEN-klub hesab edir ki, bəşəriyyətin daha ali siyasi və iqtisadi inkişafı hökumətin, idarə orqanlarının və siyasi təşkilatların sərbəst tənqidini tələb edir.

PEN-klubun üzvləri azad mətbuatın bəzi neqativ aspektlərinə qarşı çıxmağa borcludurlar - yalan məlumatlara, qəsdən saxtalaşdırılmış məlumatlara, faktların təhrif edilməsinə, siyasi, qrup və şəxsi maraqlar naminə faktların ləyaqətsiz şərhinə və s.".

Bizim ölkədə yazarları ətrafına toplayan PEN klub varmı? Bəs yazarlarımızın günü necədir?

Bu sullarımızı gənc yazarlara ünvanladıq:

Aqşin Yenisey: Sözün açığı, bizdə PEN-klubun ancaq adı var, şəxsən mən, orda nə işlərin olduğunu bilmirəm, yəqin heç cəmiyyət də bilmir. Çünki 1-2 il əvvəl İngiltərədən yazarlar gəlmişdi və bizim PEN-klubla maraqlanırdılar, heç kimi tapa bilməmişdilər. Əlləri ətəklərindən uzun çıxıb getdilər.

Günel Mövlud: Bizdə yazarları başına toplayan ictimai qurum var və mən hec yazarların hasısa qurumda toplanmasının tərəfdarı deyiləm. Çünki yazar azad düşüncənin adamıdır və o istənilən vaxt istənilən yerdə olmalıdır.
O ki, qaldı yazarların gününə. Baxır kimə də, mənim üçün bu gün yaradıcı gün deyil. Əgər yaşayış baxımından deyirsinizsə, həmişə yazarların həyatı mərhumiyyətlərlə, böhranla, ağrı-acı ilə keçib. Biz dünyanın bütün məşhur yazarlarında bunu müşahidə edə bilərik. Bu baxımdan bizdə də yazarların bu cür yaşaması normaldır.

Şərif Ağayar: Bizdə Rüstəm İbrahimbəyovun yaratdığı bir PEN klub var. Onun da fəaliyyəti nəzərə çarpmır. Əslində PEN klubların çox olması yaxşıdır. Ancaq təəssüf ki, bizdə bu cür qurumların yaradılmasına yox, dah çox qarşısının alınmasına çalışırlar. Əgər belə qurumlar çox olsa və bu cür klublara maliyyə yardımı edilsə yaxşı ədəbiyyat da ortaya çıxarmaq olar. Onda ədəbiyyatdan da danışmaq olar. Yazarların da günü indikindən fərqli olar yaxşı olar.

Elnaz Eyvazlı: Azərbaycanda hansısa PEN klub olduğunu bilmirəm. Bəlkə də var bizim xəbərimiz yoxdur? Ancaq PEN klub məncə yazarları başına toplamalıdır. Hər cürə yazarların qruplaşmasının əleyhinəyəm.
Yazarların günü yaxşı deyil hərə bir tərəfdə çörək pulu qazanır. Köşə yazmaqla, publisist yazılarla gündəlik çörək pulu qazanmaqla məşğuldurlar. Ədəbiyyat artıq ikinci plana kecib. Bu dolanışıqla yaxşı ədəbiyyat yaratmaqdan söhbət belə gedə bilməz.



Elmar Hüseynov






3 Mart, 2012  17:25 Baxılıb: 1887 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner