Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vahid Əhmədov Qubadakı olaylar barədə ilkin təəssüratını açıqladı

"Kənar müdaxilə də ola bilər"

“Cənab prezident İlham Əliyev Qubada baş verən hadisələri çox ciddi nəzarətdə saxlayırdı. Nəqliyyat naziri Ziya Məmmədov dövlət rəsmisi olaraq ölkə prezidenti cənab İlham Əliyevlə əlaqə saxlayırdı. Prezident qəti göstəriş vermişdi ki, camaata atəş açılmasın”. Bu barədə hazırda Quba rayonunda olan deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirib.

V.Əhmədov qeyd edib ki, faktiki olaraq hadisələrin gedişi zamanı elə gərgin anlar yaranıb ki, hətta insanlar onun avtomobilinə daş atıblar. Sonra kim olduğunu görüb, dayanıblar: “Dediyim odur ki, gərgin vəziyyət var idi. Lakin sevindirici odur ki, cənab prezidentin göstərişi belə olmuşdu ki, camaata kəskin güc tətbiq etmək, güllə atmaq olmaz. Göstəriş vermişdi ki, çıxın camaatın qarşısına danışın. İstər Ziya Məmmədov, istər Zeynal Nağdəliyev, istərsə də mən çıxdıq camaatın qarşısına danışdıq. İnsanlar da bizi başa düşdülər və məsələlər həll olundu”. 
Miillət vəkili bildirdi ki, hazırda Quba rayonunda sabitlikdir, heç bir problem yoxdur: “Bu gün günortaya qədər Ziya Məmmədov da burada idi. Çıxdıq küçələrdə müşahidələr apardıq. Tam sakitlikdir. Ziya müəllim Bakıya döndü, mən burdayam. Hazırda rayona əsasən yerli polis əməkdaşları nəzarət edirlər. Elə bir daxili qoşun qüvvəsi-filanı yoxdur. Sakitlikdir, camaat öz işi ilə məşğuldur. Saxlanılanların hamısı buraxılıb. Hazırda heç kim saxlanılmır. Rayon prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır ki, görək kimdə günah var, kim kənardan müdaxilə edib. Bu məsələlərə istintaq baxacaq”.

“Sizin bu olaylarla bağlı ehtimalınız nədir?”, sualına Vahid Əhmədov belə cavab verdi: “Birincisi, icra başçısından şikayətlər çox böyük idi, həddən artıq. Müəyyən səhvlərə yol vermişdi, təhqirlər etmişdi. Özü də bu birinci təhqir deyildi. O bir neçə dəfə belə hərəkətlərə yol vermişdi. Müəyyən məsələlər var idi. İnsanlar narazıydılar. Mitinq etmək olardı, amma başqa hərəkətlərə yol verməyi mən qəbul eləmirəm. Allaha çox şükür ki, cənab prezidentin şəxsi nəzarəti altında bu hadisələr sakitliklə, daha ağır hadisələr baş vermədən keçdi. Çıxdıq insanlar qarşısına bizi dinlədilər. Hamısını başa saldıq”.

“Bəzi politoloqlar tərəfindən artıq belə iddialar irəli sürülüb ki, hadisələrin arxasında hansısa xarici, kənar qüvvə də ola bilər. Bu iddialara münasibətiniz necədir”, sualına isə V.Əhmədov belə cavab verdi: “İcra başçısı ilə əlaqədar problemlər var idi. Bu məsələlər həll olunmalı idi. Yuxarılar da bilirdi bu məsələni. Amma kənar müdaxilə də ola bilər. Çünki biz hiss etdik ki, bu işdə maraqlı kənar qüvvələr var, kimlərsə var ki, kənardan bu işə müdaxilə edirdi. Amma bu işdə daha kimlərin olduğunu müvafiq orqanlar müəyyən edəcək”.
Deputat yeni icra başçısının təyinatının necə olacağı barədə suala cavabında isə dedi ki, bu məsələ ölkə prezidentinin səlahiyyətindədir və yəqin prezident məsələni bir-iki günə həll edəcək.






2 Mart, 2012  19:50 Baxılıb: 1167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner