Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Uşaq müəssisələrindəki balacalar ailələrə verilə bilər

Həmin uşaqlara nəzarətin təşkili mexanizmi sınaqdan keçirilib

Azərbaycan Təhsil Nazirliyi "Dövlət uşaq müəssisələrində yaşayan uşaqların öz bioloji ailələrinə reinteqrasiyası və digər formalarda yerləşdirmə Qaydaları"nı hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.

Onun sözlərinə görə, 2 nömrəli Uşaq evində və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində təlim-tərbiyə alan uşaqların ailələrinə verilməsi üçün 309 uşağın və onların bioloji ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə zamanı pilot rayonlarda layihənin icrası ilə bağlı işə cəlb olunmuş sosial işçilər dövlət uşaq müəssisələrinin təhkim olunduqları poliklinikaların həkimləri ilə birgə uşaqların sağlamlıq vəziyyəti və psixo-sosial qiymətləndirilməsini də aparıblar.

"Dövlət uşaq müəssisələrində yaşayan uşaqların öz bioloji ailələrinə reinteqrasiyası və ya digər formalarda yerləşdirilməsi Qaydaları"nın sınaqdan keçirilməsi üçün rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların iclasında 309 uşağın bioloji ailələrinin himayəsinə qaytarılması məsələsinə baxılır. İclaslar uşağın bioloji valideynini və ya onu əvəz edən şəxs, həmçinin yaxın qohumlarının iştirakı ilə keçirilir.

İclasda uşağın ailəyə qaytarılması ilə bağlı maneələr araşdırılır və mümkün hallarda ailələrə dəstək tədbirləri həyata keçirilir. İclasda komissiyanın üzvü olan digər yerli icra strukturlarının səlahiyyətli nümayəndələri də iştirak edir. Hacıyeva deyib ki, uşaqların ailələrə qaytarılması üçün rayon icra hakimiyyətlərinin müvafiq komissiyası və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən ailələrin mənzil şəraitinə baxış keçirilir və ailənin gəliri araşdırılılır.

Ailələrinə qaytarılan uşaqların vəziyyətinin monitorinqinin aparılması mövcud qanunvericiliyə əsasən rayon icra hakimiyyətlərinin yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətlərinə daxildir. Bu səbəbdən də ailələrinə qaytarılmış uşaqların vəziyyətinin monitorinq edilməsi və Təhsil Nazirliyinə mütəmadi məlumatın verilməsi ilə bağlı uşağın ailəyə qaytarılmasına sərəncam verən rayon İcra Hakimiyyəti başçısına məktub ünvanlanır.

Hər bir ailəyə qaytarılan uşaq üçün iş açılır ("case") və bununla bağlı görülən işləri təsdiq edən sənədlər, arayışlar, qərar və sərəncamlar işə tikilir.

Bununla yanaşı, uşaq müəssisəyə yerləşdirilənədək ailədaxili zorakılığa, etinasızlığa məruz qalmışsa və ona qarşı ailədəki vəziyyət dəyişməmişsə, uşağın ailəyə qaytarılması məqsədəuyğun hesab edilmir.

Hacıyeva bildirib ki, Təhsil Nazirliyi tərəfindən həm də Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması mexanizmi sınaqdan keçirilib.






2 Mart, 2012  18:56 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner