Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZERCELLƏ YAŞA!

Müstəqilliyimizin 20-ci ili İKT-nin uğurları

Müstəqilliyinin 20-ci ilində gənc, demokratik Azərbaycanımız bir çox sahələrdə uğurlar əldə etdi. Ölkə iqtisadiyyatının gündən-günə böyüməsi və bəzi sahələrə qoyulan investisiyalar kapital qoyuluşundan kapital axınına çevrildi. Təbii ki, bu fonda ən çox qazanılan uğurlar informasiya texnologiyaları sahəsinin payına düşür. Çünki son illərdə Azərbaycanda informasiya texnologiyaları və kommunikasiya bir neçə dəfə böyüyüb. Telekommunikasiya sahəsində atılan ilk addımlar mobil operator sisteminin qurulması, ölkədə azad internet şəraitinin yaradılması və müasir texnoloji avadınlıqlardan istifadədən başladı. Bütün bunlar bu sahənin ölkəmizin hər tərəfində sürətlə yayılmasını və inkişafını labüdləşdirdi.
Son dövrlər ölkəmizdə telekommunikasiya sahəsində aparılan islahatlar, bu sahənin genişlənməsi və böyüməsi, demək olar ki, yaşından asılı olmayaraq, orta hesabla (2011-ci il yanvarın 1-ə olan statistik məlumata görə ölkədə 9 milyon 158 min 19 mobil telefon istifadəçisi var) hər nəfərə bir mobil telefonun düşməsi, cari il süni peykimizin orbitə buraxılması haqqında verilən informasiyalar Azərbaycanda bu sahənin nə qədər inkişaf etdiyini bir daha göstəriir.

Azərbaycanın mobil rabitə sistemində Azercell

Bu gün Azərbaycada 3 mobil operator fəaliyyət göstərir. Ölkəmizdə yaranan İkinci mobil operator "Azercell Telekom" Birgə Müəssisəsidir. Bu şirkət 1996-cı ilin 19 yanvar tarixində təsis edilib və yarandığı gündən əsas hədəfi bütün Azərbaycanı əhatə etmək olub. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A.Ş."şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub.
Bu gün Azərbaycanın bütün bölgələrini əhatə edən bu 3 böyük nəhəng, həm də ölkəmizin ən böyük şirkətlərindəndir. Aralarındakı sağlam rəqabət, hər üç şirkətin yüksək sürətlə inkişaf etməsini stimullaşdırır.
Azercell əhatə dairəsinə və istifadəçi sayına görə bu gün hər iki operatordan bir addım öndədir. Azercell Telekom MMC-nin prezidenti Ali Ağandır. Təkcə onu qeyd etmək yerinə düşər ki, 2011-ci ilin sonuna olan məlumatlara görə Azercell abonentlərinin sayı 4 milyon 220 min nəfər təşkil edib. Bu isə Azərbaycanda yaşayan əhalinin az qala yarısı deməkdir.

Azercell haqqında

"Azercell Telekom" BM öz fəaliyyətinə 1996-cı ilin 15 dekabr tarixindən etibarən başlayıb və abonentlərin istifadəsinə sonradan ödəmə sistemi (abunəlik) əsasında qurulan mobil rabitə xidməti təqdim edib. 1998-ci ildən etibarən SimSim - öncədən ödəmə sistemi tətbiq edib. Azercell 2000-ci ildə özünün keyfiyyətli idarəetmə sistemini qurub və 15 yanvar 2004-cü il tarixində ISO 9001:2000 Standartına uyğunluq sertifikatı əldə edib. Azercell Telekom BM IIP Standartı çərçivəsində təyin olunmuş 12 meyarın hamısının tələbinə cavab verib və dünyada IIP Standartı ilə işləyən şirkətlər siyahısına daxil edilib.
Azərbaycanın mobil rabitə bazarının 55%-nə nəzarət edən Azercell Telekom MMC-nin şəbəkəsinə əhalinin 99,8%, respublika ərazisinin isə 80% (işğal olunmuş əraziləri çıxmaq şərtilə) daxil edilib.
Azercell 2011-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 170,2 milyon dollar vəsait yatırıb. Uzun illərdir Azərbaycanın qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Azercell 15 il ərzində bu istiqamətdə 1 milyard 55 milyon dollara yaxın vəsait sərf edib. Qeyri-neft sektorunda həm də ən böyük vergi ödəyicilərindən olan Azercell 2011-ci ildə dövlət büdcəsinə 136 milyon ABŞ dolları (15 ildə cəmi 1 milyard ABŞ dolları) həcmində vergi ödəyib.

«Azercell»-in mövcud əhatə dairəsi

2000-ci ildən başlayaraq, Bakı Metropoliteninin bütün stansiyaları Azercell şəbəkəsinin xidmət dairəsinə daxildir. Bura həmçinin, stansiyalar arasında mənzillər də daxildir. Azərbaycanın ərazisində Azercell 16 mobil kommutasiya mərkəzi (MSC), 13 əsas stansiyaların kontrolleri (BSC), 2 ehtiyat abonent bazaları (HLR) və 1700 əsas qəbul-ötürmə stansiyasına (BTS) malikdir. Regional nümayəndəliklər, Naxçıvanda, Qubada, Şəkidə, Masallıda, Sabirabadda və Sumqayıtda fəaliyyət göstərir. Dünyanın 152 ölkəsinin 406 mobil rabitə operatorları ilə rouminq müqavilələri bağlanıb.
Azercellin sosial layihələri
Fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edən sosial layihələrə 2011-ci ildə şirkət tərəfindən 1,2 milyon ABŞ dolları (15 ildə cəmi 15,9 milyon) məbləğində vəsait xərclənib. Bunlar sırasında Book Klub, “Zərif imzalar” kitabının dərci və təqdimatı; gənclərin inkişafına yönələn layihələrdən Tələbə Təqaüd Proqramı, məzunlar üçün Əmək Yarmarkası, Gənc Mühəndislərin Yay Məktəbinin təşkili, Xəzər Universitetində “E-learning” Otağının, Qafqaz Universitetində 4G (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyanın açılması, Naxçıvan Dövlət Universiteti ərazisində 4G sınaq şəbəkəsinin yaradılmasını qeyd etmək olar. Bu sırada həm də Venesiyada nüfuzlu “Biennale 2011” sərgisində Azərbaycan pavilyonununa dəstək, “Alış-veriş incəsənətdir” sərgisinin təşkili, uşaqlar üçün Mobil Göz Klinikasının yaradılması, “Onlar da hədiyyə gözləyirlər” layihəsinin və bir çox digər proqramları da xatırlamaq yerinə düşərdi.
Nəhayət, Avropa Yayım İttifaqı (AYİ) Azərbaycanın ən böyük mobil rabitə operatoru və “TeliaSonera” Qrupunun üzvü olan Azercell şirkətini Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Eurovision-2012 Mahnı Müsabiqəsinin əsas tərəfdaşı elan edib.

Kampaniyalar

2011-ci ildə Azercell xidmətlərinin hesablanma sistemində abonentlər üçün əhəmiyyətli olan konturdan manata keçid də uğurla həyata keçirildi. Pulsuz danışıq vaxtları, SMS və MMS-lər, internet trafiki bəxş edən “Yaz uduş”, “Yay Kampaniyası”, “Azercell-ə gəl”, “SMS Weekend Bonus”, “Bahar töhfəsi” kimi layihələr, avtomobil başda olmaqla müxtəlif bahalı hədiyyələr qazandıran “Uğurlu SMS” və digər kampaniyalar bir çox Azercelliləri sevindirdi. Bəzi şirkətlərlə birgə keçirilən kampaniyalarda isə Azercell abonentləri çox sərfəli qiymətlə yeni model telefonlar və kompüter almaq imkanı qazandılar.
Şirkət 2011-ci ildə Azercell Chat, Mobil Bələdçi, Zənglərin Filtri, Virtual İş məkanı kimi xidmətəlri istifadəyə verib. Müxtəlif kateqoriyalara hədəflənən “Mediacell” və “Tələbə 1–liyi” kimi tarif paketləri abonentlərin daha əlverişli danışmasına imkan yaradıb.
Bu şəbəkədə hər kəs üçün müxtəlif tarif paketləri var. Tələbələr, gənclər, yaşlılar, dövlət qulluqçuları, kasıblar və bütün böv təbəqədən olan insanlar üçün Azercell yenilik etməyi sevir. Şirkətin bundan sonra da öz abonentlərini ən keyfiyyətli rabitə və qabaqcıl texnologiya ilə təmin edərək onları yeni maraqlı və sürpriz dolu kampaniyalar, əlverişli tarif paketləri, müxtəlif layihələrlə sevindirəcəyi gözələrnilir. Şirkətdən bildirilir ki, Eurovision–2012 müsabiqəsi ərəfəsində Azercell öz abonentlərinə müxtəlif maraqlı xidmət və kampaniyalar hazırlayır.

Azercellin uğurları

2011-ci ildə Azercell Telekom MMC telekommunikasiya sektorunun inkişafına verdiyi müstəsna töhfəsinə görə “Uğur” Milli mükafatına, “İlin ən yaxşı PR xidməti” mükafatına, “İlin Şirkəti” Milli Biznes Mükafatına layiq görülüb. 2011-də Azercell həmçinin Avropa Biznes Assambleyasının (EBA) təsis etdiyi nüfuzlu Socrates mükafatına layiq görüldü və Beynəlxalq Biznes Mükafatı (International Business Awards - Stevie) qaliblərinin siyahısında yer aldı. Şirkət həm də xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatı sayılan EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkəti oldu.
Apardığımız araşdırmalardan aydın olur ki, bu gün ölkəmizdə yüksək elitanın 99 %-i Azercell-dən istifadə edir. Bu şəbəkədən ayrılıb digər şəbəkələrə keçənlər də sonradan yenidən Azercellə üz tuturlar. “Sevimli nömrə”, “Gənc sim”, “Super bizdən-bizə” və digər tarif paketləri pula qanət etməklə daha çox ünsiyyət qurmağa şərait yaradır.

Sonda...


Qeyd etmək istərdim ki, bu gün ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar içərisində ən keyfiyyətli xidməti məhz Azercell təqdim edir. Buna görə də həm istifadəçi sayına, həm də keyfiyyətli xidmətinə görə Azercell digər mobil operatorları qabaqlayır. Onu da deyək ki, Azercellin bugünkü əsas devizi “Azercellə yaşa, daha yaxşı yaşa”dır.






2 Mart, 2012  17:13 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner