Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənclər "2020 Olimpiya oyunları"na namizəd olan Bakıya dəstək verir

Dəstək çərçivəsində gənc fotoqraflar arasında müsabiqə keçiriləcək

Gənclər və İdman Nazirliyi 2012-ci ilin mart ayı ərzində 16-29 yaşlı gənclər arasında “Biz birlikdə bacararıq” devizi altında foto-müsabiqə keçirir. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Simsar.az-a verdiyi məlumata görə, müsabiqə 2020 Yay Olimpiya oyunlarına namizəd olan Bakı şəhərinə dəstək çərçivəsində gerçəkləşir. 

Müsabiqədə I yerin qalibi 400 manat, II yerin qalibi 300 manat, III yerin qalibi isə 2 nəfər iştirakçı olmaqla 200 manat mükafat və diplomlarla təltif olunacaq.

Təqdim olunan fotoşəkillər www.baku2020.com saytında nümayiş olunacaq.

Fotoşəkillər Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğini, ölkənin idman sahəsində qazandığı uğurları əks etdirməlidir.

Müsabiqədə iştirak etmək arzusunda olanlar fotoşəkilləri photo@baku2020.az elektron ünvanına göndərə bilərlər. Hər bir iştirakçı yalnız 5-dək fotoşəkil təqdim edə bilər, təqdim olunan hər bir fotoşəkilin adı qeyd olunmalıdır. Bununla yanaşı, iştirakçılar özləri haqqında məlumatları da ( adı, soyadı, təvəllüd, telefon nömrəsi) əlavə etməlidirlər.






2 Mart, 2012  16:13 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner