Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MM sədrinin I müavini: “Azərbaycan heç bir zaman İrana qarşı hərbi zərbələrdə və əməliyyatlarda platsdarm olmayacaq”

“Hansı dövlətlə hərbi sahədə əməkdaşlıq edəcəyimizi kimdənsə soruşmayacağıq”

 “Azərbaycanın ABŞ-la hərbi və siyasi istiqamətlərdə çox gözəl əlaqələri var. ABŞ gec-tez anlayacaq ki, Ermənistan həqiqətən işğalçıdır. Ona görə bu qədər vəsaitin Ermənistana verilməsi məntiqi cəhətdən düzgün deyil. Digər tərəfdən, Azərbaycanla ABŞ-ın strateji əməkdaşlığı da bu məsələdə nəzərə alınacaq. Hər bir halda işğalçı bir dövlətə bu qədər vəsaitin verilməsi anlaşılan deyil”. Simsar.az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərin ABŞ-ın Ermənistana hərbi və maliyyə yardımı barədə suallarına cavab olaraq bildirib. 

Z. Əsgərov, Azərbaycanın İsraillə hərbi əməkdaşlığına və bu ölkədən 1, 6 milyard dollarlıq hərbi texnika və silah-sursat alınmasına İranın etirazlarına da münasibət bildirib: “Azərbaycan müstəqil dövlətdir. Bu gün hansı dövlətlə hərbi, siyasi, digər sahələrdə necə əməkdaşlıq edirsə, bu, Azərbaycanın öz işidir. Hansı dövlətlə hərbi sahədə əməkdaşlıq edəcəyimizi kimdənsə soruşmayacağıq. Ona görə də başqa dövlətlərin bu işə qarışması tamamilə yersiz və mənasızdır”.

Z. Əsgərov ABŞ və müttəfiqlərinin İrana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Azərbaycanın mövqeyinin nədən ibarət olacağını da açıqlayıb: “Hesab edirik ki, Azərbaycan heç bir zaman İrana qarşı hərbi zərbələrdə və əməliyyatlarda platsdarm olmayacaq”.






2 Mart, 2012  15:21 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner