Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov: “İşğalçıların bizim torpaqlardan çıxmasında da israrlıyıq”

Bizim xarici siyasətdə qonşularımızla münasibətlərin yaxşılaşdırılıması prioritet məsələlərdən biridir

Bizim xarici siyasətdə qonşularımızla münasibətlərin yaxşılaşdırılıması prioritet məsələlərdən biridir.

Simsar.Az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda işinə başlamış “İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiyalar” mövzusunda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü forumunda çıxışı zamanı deyib.  

“Müstəqillik illərində də biz bu məqsədimizə demək olar ki, nail olmuşuq. Lakin Ermənistanla aramızda olan problem bu münasibətlərə istər-istəməz mənfi təsir göstərir. Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə bu münasibətlərin düzələcəyi inandırıcı deyil.

Biz əlimizdən gəldiyi qədər Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyirik. Lakin işğalçıların bizim torpaqlardan çıxmasında da israrlıyıq”.

O qeyd edib ki, bizim məqsədimiz regionda qısa zamanda sülh və əmin-amanlığı yaratmaqdır.

“Ümumiyyətlə heç bir ölkə torpaqlarının işğal edilməsini istəməz. Bizim də tələbimiz odur ki, BMT-nin qətnamələri çərçivəsində Ermənistan ordusu işğal etdikləri Azərbaycan torpaqlarından çəkilsin”.






2 Mart, 2012  15:16 Baxılıb: 654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner