Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Naxçıvanda müasir dövrdə hüquq tərbiyəsinin aktual problemləri müzakirə olunub

Təhsil müəssisələri ilə hüquq-mühafizə orqanları arasında əlaqələrin qurulmasının vacibliyi qeyd olunub

Naxçıvan Dövlət Texniki Kollecində gənclərin milli vətənpərvərlik hisslərinin yüksəldilməsində təhsil müəssisələri ilə hüquq-mühafizə orqanlarının əlaqəli işinin təşkili məsələləri müzakirə edilib.

Simsar.Az-ın Naxçıvan müxbirinin verdiyi məlumata görə, kollecin direktoru Sevingül Canbaxşıyeva tələbələr qarşısında çıxış edərək belə tədbirlərin kollecdə təhsil alan tələbə-gənclərin hüquqi bilik səviyyəsinin artırılması, onların hüquqi tərbiyəsinin yüksəldilməsində böyük rolu olduğunu deyib, təhsil müəssisələri ilə hüquq-mühafizə orqanlarında əlaqəli işin vacibliyindən bəhs edib.

“Gənclərin milli vətənpərvərlik hisslərinin yüksəldilməsində təhsil müəssisələri ilə hüquq-mühafizə orqanlarının əlaqəli işinin təşkili” mövzusunda məruzə edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Yulət Əliyev bu təhsil ocağında məktəbdə gənclərin yüksək səviyyədə hüquqi biliyə sahib olması üçün lazımi şəraitin olduğunu, belə tədbirlərin davamlı təşkilinin zəruriliyini bildirib.

Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rəşad Kərimovun, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı Tariyel Əliyevin çıxışları dinlənilib.






2 Mart, 2012  15:11 Baxılıb: 856 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner