Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda 42 yaşlı müəllimə dərs vaxtı ölüb

Bayramova Təranə İsmixan qızı qəflətən dünyasını dəyişib

İlyas Əfəndiyev adına Elitar Gimnaziyada dünən səhər saatlarında musiqi fənnindən açıq dərs prosesi zamanı 1970-ci il təvəllüdlü Bayramova Təranə İsmixan qızı qəflətən dünyasını dəyişib.

 Nəsimi rayon Prokurorluğundan Simsar.Az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə tibb ekspertizası təyin olunub.

T.Bayramova Suraxanı rayon məktəblərindən birində musiqi müəlliməsi olub. Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı da baş verən hadisəni təsdiqləyib və qeyd edib ki, həmin müəllimə “ilin ən yaxşı müəllimi” nominasiyasına namizəd idi və müsabiqə qaydalarına görə, öz işləmədiyi mətkəbələrdən birində dərs deməli idi.

“Çox yaxşı müəllimə idi və bu nominasiyaya layiq idi. Dərs normal qaydada keçib, Təranə Bayramova şagirdlərə tapşırıqlar verib və dərsin sonunda birdən halı pisləşib. Bilmirik bu, həyəcandan olub və ya başqa səbəbdən baş verib. Hər halda bu istiqamətdə araşdırma aparılır. Baş verən bu hadisəyə görə çox təəssüflənirik”.






2 Mart, 2012  15:10 Baxılıb: 1049 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner