Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ramiz Mehdiyev: “Azərbaycan zəngin elmi-mədəni irsi ilə dünya sivilizasiyasına böyük töhfələr verib”

"Azərbaycan zəngin elmi-mədəni irsi ilə dünya sivilizasiyasına böyük töhfələr verib"

Dünyanın qarşısında duran çağırışlar yeni inkişaf yollarının axtarışını tələb edir.

Simsar.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda işinə başlamış “İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiyalar” mövzusunda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, müsəlman ölkələri, o cümlədən Azərbaycan zəngin elmi-mədəni irsi ilə dünya sivilizasiyasına böyük töhfələr verib.

“Şərqdə ilk demokratik respublika, ilk teatr və ilk opera Azərbaycanda yaradılıb. İlk dəfə Azərbaycanda qadınlara səsvermə hüququ verilib. Azərbaycan öz milli dəyərlərini sovet dövründə də davam etdirib”.

R.Mehdiyev vurğulayıb ki, bu gün Azərbaycan dinamik inkişaf edən ölkədir.

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum kimi iri layihələr Azərbaycanın regionda nüfuzunun artması ilə yanaşı, ölkəni Qərblə Şərq arasında bir nəqliyyat dəhlizinə çevirib”.

R.Mehdiyev qeyd edib ki, BMT-nin insan inkişafı hesabatında yer alan 169 ölkə arasında 2005-ci ildə Azərbaycandan tutduğu 121-ci yerdən 34 pillə irəliləyib.

Rəqabət qabiliyyətinə görə Azərbaycan MDB ölkələri arasında birinci, dünyada isə 51-ci yerdədir. Son ildə ÜDM üç dəfə, büdcə xərcləri 12 dəfə artıb. Yoxsulluğun səviyyəsi isə 4 dəfə azalıb. 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollar sərmayə qoyulub.

“Hazırda dövlət büdcəsi 22 milyard dollar, icmal büdcə isə 25 milyard dollar təşkil edir. Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı 9% artıb. Qarşıdakı 10 ildə isə ÜDM-in iki dəfə artırılması nəzərdə tutulub. Azərbaycan elmə və təhsilə, ümumilikdə humanitar sahəyə böyük diqqət yetirir.

Bu gün minlərlə azərbaycanlı gənc dünyanın tanınmış ali məktəblərində təhsil alır. Azərbaycan dünyada həm də tolerantlığın ünvanı kimi tanınır. Müasir çağırışlar dünya ölkələri arasında daha səmərəli əməkdaşlığı tələb edir. İnanıram ki, bu forum ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək”.






2 Mart, 2012  15:08 Baxılıb: 730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner