Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Qubada baş verənlərin inqilab kimi təqdim olunması əsassızdır”

Bahar Muradova aksiyanın üsyan olmadığını bildirir 

“İnsanların onları narahat edən sosial məsələlərlə bağlı fikir və etiraz bildirməsi normal haldır. Bu, onların hüququdur”.
Simsar.az-ın məlumatılna görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Qubada dünən baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzi qüvvələr tərəfindən bu aksiyanın üsyan və ya inqilab kimi təqdim olunması əsassız və cəfəngiyyatdır: “Dünən Fransanın paytaxtı Parisdə də 100 minlik mitinq keçirilirdi. Belə çıxır ki, hər bir geniş mitinqi üsyan kimi dəyərləndirək?”
“Bu aksiyanın ilhamvericisinin xarici qüvvələr ola biləcəyi ehtimalı nə qədərdir” sualını cavablandıran Bahar Muradova bildirib ki, bir neçə ay əvvəl edilən çıxışın sonradan mətbuata yol açması və yayılması müəyyən məqamlardan xəbər verə bilər: “Bu məsələdə kimisə ittiham edə bilmərəm. Ölkənin hüquq-mühafizə orqanları baş verənlərlə bağlı araşdırmalara başlayıb. Gəlin səbir edək, araşdırmaların nəticələrini gözləyək”.






2 Mart, 2012  15:07 Baxılıb: 805 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner