Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

ANS-in kamerasını sındırdılar

Araşdırmalar davam etdirilir

Ötən gecə peşə borcunu yerinə yetirən ANS çəkiliş qrupunun kamerası sındırılıb. Hadisə Heydər Əliyev prospektində baş vermiş qəzanın çəkilişi zamanı baş verib.

Qeyd edək ki, qəzaya məruz qalmış “Ford” sürücüsünün rəyini öyrənən ANS müxbiri obyektiv məlumat üçün daha sonra qəzaya düşən digər avtomaşının – “Mercedes”in sürücüsü Rəhman Məmmədovun mövqeyini öyrənmək istəyib. Çəkiliş qrupu sürücüdən müsahibə almaq istəyən zaman qəza baş verən ərazidə olan vətəndaşlardan birinin təzyiqi ilə üzləşib. Həmin naməlum şəxs ANS Müstəqil Yayım və Media şirkətinə məxsus kameranı qıraraq jurnalistin peşə borcunu yerinə yetirməsinə mane olub.

Çəkiliş qrupuna edilən təzyiqlə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 xidməti və Nizami rayon Polis İdarəsinə məlumat verilib. Bir qədər sonra əraziyə cəlb edilmiş Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsinin əməkdaşları tərəfindən çəkiliş qrupuna təzyiq göstərən şəxs bölməyə aparılıb.

Bölmədən verilən məlumata görə, artıq şirkətin kamerasına zərər vuran vətəndaşın şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, kameranı qıran şəxs 1982-ci il təvəllüdlü Kərimov Vüqar Eldar oğludur. Faktla bağlı bölmənin əməkdaşları tərəfindən Vüqar Kərimovun izahatı alınıb. Qeydə alınan qanun pozuntusu ilə bağlı 23-cü polis bölməsində başlanan araşdırmalar davam etdirilir.






2 Mart, 2012  14:56 Baxılıb: 788 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner