Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev təcili müşavirə çağırıb

Qubadakı durum geniş müzakirə edilib

İlham Əliyevin sədirliyi ilə keçirilən toplantıda Qubadakı durum geniş müzakirə edilib

«Azərbaycan prezidenti İlham Əliyev güc strukturlarının iştirakı ilə fövqalədə toplantı keçirib. Toplantıya səbəb bu gün ölkənin şimalındakı Quba şəhərində baş verən hadisələrdir». Bu barədə REGNUM agentliyi xəbər yayıb.

Xəbərdə deyilir ki, Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefa tələbi ilə başlanan aksiya sonradan nəzarətdən çıxıb. Qəzəblənmiş kütlə icra hakimiyyətini və başçının evini yandırıb.
Agentliyin məlumatına görə, hadisə yerinə prezidentin tapşırığı ilə nəqliyyat naziri Ziya Məmmədov, Prezident Adminstarsiyasının şöbə müdiri Zeynal Nəğdəliyev və həmin rayondan deputat seçilmiş Vahid Əhmədov göndərilib.

Onlar aksiya iştirakçılarna söz veriblər ki, rayonun sosial problemləri həll olunacaq. Bir qədər əvvəl qubalıları təhqir etmiş icra başçısının əvəzinə nəqliyyat naziri rayon sakinlərindən üzr istəyib.
«Hazırda İlham Əliyevin sədirliyi ilə keçirilən toplantıda rayondakı durum geniş müzakirə edilir» deyə agentlik yazır.






2 Mart, 2012  14:53 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner