Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi Vaşinqtonda qeyd edilib

Elin Süleymanov, Filip Qordon çıxış ediblər

Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə, ABŞ Dövlət Departamenti və Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Vaşinqtonda rəsmi ziyafət verilib.

Simsar.Az-a səfirlikdən bildiriblər ki, Vaşinqtondakı tarixi Kosmos Klubunda (Cosmos Club) keçirilən tədbirdə Dövlət Departamenti, Pentaqon, Ağ Ev də daxil olmaqla, ABŞ-ın aparıcı dövlət strukturlarını təmsil edən rəsmilər, ABŞ Konqresinin üzvləri və xarici diplomatlar, tanınmış ictimai, siyasi və biznes xadimləri, o cümlədən Ağ Ev Administrasiyasının keçmiş rəhbəri Con Sununu, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Brent Skaukroft, keçmiş nəqliyyat komandanı Dankan MakNabb və Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva iştirak ediblər.

Giriş sözü ilə çıxış edən səfir Elin Süleymanov ABŞ-Azərbaycan münasibətlərinin son 20 ildə inkişaf edərək etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bu tərəfdaşlığın regiondakı strateji məsələlərin ortaq anlaşmasına əsaslandığını bildirib.

Səfir E.Süleymanov enerji, beynəlxalq təhlükəsizlik və humanitar sahələrdə uğurlu əməkdaşlığı xüsusilə vurğulamış və Azərbaycana öz müstəqilliyini bərpa etməsindən bu dövrə qədər göstərdiyi çoxtərəfli dəstəyə görə ABŞ-a təşəkkürünü bildirib.

Dövlət katibinin müavini Filip Qordon çıxışında prezident Barak Obama və dövlət katibi Hillari Klintonun Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti diqqətə çatdırıb və təhlükəsizlik, enerji, iqtisadi və siyasi islahatlar da daxil olmaqla, iki dövlətin əməkdaşlıq etdiyi çoxşaxəli sahələri qeyd edib.






2 Mart, 2012  14:51 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner